Media 2017-ci ildə nələr yaşadı?

Həbslər, mükafatlar, evlər…

Source:


Yanvar

Videobloger Mehman Hüseynov yanvarın 9-da Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsi əməkdaşları tərəfindən saxlandı. Yanvarın 10-da məhkəmə önünə çıxarıldı və polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimələndi.

O, jurnalistlərə açıqlama verərkən saxlandığı müddətdə işgəncəyə məruz qaldığını

söyləmişdi

.

Onun bu açıqlamasını Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Musayev polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırdı. Həmin iddia əsasında Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum

edildi

.

“Lider” TV-nin Moskvadakı əməkdaşı Anar Həsənov Rusiyanın xarici işlər naziri Sergey Lavrova verdiyi suala görə işdən çıxarılıb. Onun mətbuat konfransında nazirə ünvanladığı “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı, işğal olunmuş əraziləri azad edəcəyi təqdirdə Moskva necə hərəkət edəcək, buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq”- sualı gündəmin əsas müzakirə mövzularından

olub

.

Mehman Qələndərov
Mehman Qələndərov


Fevral

Fevralın 7-də bloger Mehman Qələndərovun barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunurdu. Bloger ittihamları qəbul etmir, həbsinə səbəb Bakı və Tbilisidə hökumət əleyhinə mitinqlərdə iştirak etməsi olduğunu söyləyirdi.

Sonradan o, təcridxanada vəfat edib.

– 2017-ci il fevralın 17-də İsmayıllıdan olan jurnalist Elçin İsmayıllı həbs edildi. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham

olundu

.

E.İsmayıllı özünü təqsirli bilmir. Saxlanılarkən üzərində olan 1000 manatı borc aldığını deyir.

Jurnalist Cinayət Məcəlləsinin (CM) 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə), 308-ci (vəzifəsindən sui-istifadə) və 311-ci (Rüşvət alma) maddələri ilə ittiham olunub.

Sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsi onu 9 il azadlıqdan məhrum edib. E.İsmayıllıya həmçinin, 3 il müəyyən vəzifə tutmaq qadağan olunub.


Mart

Martın 3-də jurnalist İlqar Vəliyev Ağdam rayonunun Çıraqlı kəndi ərazisində çəkiliş apararkən hərbçilər tərəfindən saxlanılıb. Vəkili açıqlama verərək, onun saxlandığı zaman işgəncəyə məruz qaldığını

söyləmişdi

.

Martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Bununla da, icra qurumuna məhkəmə qərarı olmadan elektron resursları bağlamaq hüququ verilib.


Aprel

Aprelin 5-də Ali Məhkəmə “ANS ÇM” radiosunun lisenziyasının ləğvi ilə bağlı şirkətin kassasiya şikayətinə baxıb. Məhkəmə ANS-in iddiasını təmin etməyib. Beləliklə, televiziya və radio Azərbaycan daxilində bütün instansiyalardan əliboş

qayıdıb

.

Aprelin 29-da bloger Mehman Qələndərovun Kürdəxanı İstintaq Təcridxanasında intihar etdiyi

bildirildi

.


May

“Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri

seçilib

.

Mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Azərbaycanda “AzadlıqRadiosu”-nun “azadliq.org”, “Azadlıq” qəzetinin “azadliq.info”, “Meydan TV”nin, “Turan TV”nin və “Azərbaycan saatı” televiziya proqramının saytlarına giriş

məhdudlaşdırılıb

.

Mayın 23-də Qazax rayonunda yaşayan jurnalist Nicat Əmiraslanova 30 sutka həbs verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsini pozduğu iddiası ilə

cəzalandırılıb

.

Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Mayın 29-da Tbilisidə yaşayan müstəqil jurnalist Əfqan Muxtarlı müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu

bildirir

.

Ancaq Azərbaycanda ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb.


İyun

Meydan TV ilə əməkdaşlıqda günahlandırılan müstəqil jurnalistlər Əfqan Muxtarlı işi ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindiriliblər.

İyunun 14-də “jam.az” saytının rəhbəri, jurnalist Fikrət Fərəməzoğlu 7 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182-ci maddəsilə ittiham edilib. Jurnalist müxtəlif restoran, iaşə obyektlərinin sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır. Amma jurnalist ittihamı qəbul etmir, “restoran”, “masaj salonu” adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir. Deməsinə görə, həmin yerləri vəzifəli şəxslər himayə

edir

.

İyunun 22-də jurnalist Kamran Mahmudov Gürcüstana gedərkən

saxlanıb

. Ona saxlanılmasının səbəbi tam olaraq izah edilməyib. İlkin olaraq axtarışda olduğu, ölkədən çıxışına yasaq qoyulduğu bildirilib. Sonradan jurnalistin ölkədən çıxış yasağı götürülüb.


İyul

İyulun 22-də Azərbaycan prezidenti İlham Əliyev 200-dən çox jurnalistə mənzil hədiyyə

edib

.

Mehman Əliyev
Mehman Əliyev


Avqust

Avqustun 8-də Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başladı. Nazirlik 60 min manatın vergidən yayındırıldığını iddia

edib

.

Avqustun 24-də “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev

saxlanılıb

. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb.

Avqustun 31-i “Turan” İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırdığını elan edib.


Sentyabr

“Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədli sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. May ayında onun barəsində cinayət işi açılmışdı, jurnalist CM-sinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham

edilirdi

.

Sentyabrın 29-da araşdırmaçı-jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi “Allard” mükafatını

alıb

.

Sentyabrda Azərbaycanın əyləncə kanalı kimi tanınan ATV əl dəyişdirib. Telekanalın rəhbəri Vüqar Qaradağlı və komandası çıxarılıb, onun yerinə SOCAR-a məxsus CBC kanalının direktoru Azər Xəlilov

gətirilib

. CBC kanalına isə onun qardaşı Vüqar Xəlilov təyin

edilib

.


Oktyabr

Oktyabrın 2-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ölkədən çıxışına yasaq qoyulan 9 jurnalist, 6 hüquqşünas və ictimai-siyasi fəalın şikayətini araşdırmağa başlaması ilə bağlı məlumat

yayıb

.

– Oktyabrın 14-də Niderland vətəndaşı olan Azərbaycan əsilli jurnalist Fikrət Hüseynli Ukraynadan Almaniyanın Düsseldorf şəhərinə yola çıxarkən Kiyevin Borispol hava limanında

saxlanılıb

.

F.Hüseynlinin Azərbaycan tərəfinin İnterpola verdiyi təqdimat əsasında saxlanılıb. Azərbaycan tərəfinin onu Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham etdiyi bildirilirdi.

Oktyabrın 17-də Ukraynada Borispol Şəhər Məhkəməsi Fikrət Hüseynli barəsində 18 günlük həbs-qətimkan tədbiri seçib. Oktyabrın 27-si isə Kiyevin Lukyanovsk Rayon Məhkəməsi Fikrət Hüseynlini azadlığa buraxıb. Fikrət Hüseynli son vaxtlar Avropadan yayımlanan “Turan TV” peyk telekanalı ilə əməkdaşlıq edirdi.

Oktyabrın 26-da həbsdəki jurnalist Əfqan Muxtarlıya aid “Pavel Şeremet Jurnalistika Mükafatı – 2017” onun həyat yoldaşı Leyla Mustafayevaya təqdim

edilib

.


Noyabr

Noyabrın 7-də Azərbaycan hökuməti məhkəmədə 2 fransalı jurnalistə uduzub. Fransa məhkəməsi Azərbaycan hakimiyyətini “diktatura” adlandıran jurnalistlərə qarşı Bakının qaldırdığı iddianı rədd edib. Azərbaycan hökuməti Elis Luçet (Élise Lucet) və Loran Rişar (Laurent Richard) adlı iki televiziya əməkdaşını böhtançılıqda ittiham edirdi. Vurulmuş zərərə görə 1 avro simvolik cərimə tələb

edirdi

.

Xədicə İsmayıl
Xədicə İsmayıl

Noyabrın 8-də Vergilər Nazirliyinin tələbi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın “Kapital Bank”dakı hesabına həbs

qoyulub

.

Jurnalist 1 Saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət edib. Amma onun iddiası təmin olunmayıb. Jurnalist bu dəfə də qərardan apelyasiya şikayəti verib. Həmin şikayət də rədd edilib.

Noyabrın 16-da Londonda araşdırmaçı-jurnalist Xədicə İsmayıla Sergey Maqnitski adına İnsan Haqları Mükafatı verilib. Jurnalistin ölkədən çıxışına icazə verilmədiyindən, o, təqdimat mərasiminə “Skype” vasitəsi ilə qatılıb.

Jurnalist bu mükafata korrupsiya ilə bağlı araşdırmalarına görə layiq

görülüb

.

Noyabrın 16-da deputat Aqil Abbas Milli Məclisin iclasında məsələ qaldırıb ki, xarici mediada çalışan şəxslər “casus” elan olunsun. Onun bu fikri ictimaiyyətdə müzakirə mövzusuna

çevrilib

.


Dekabr

Dekabrın 15-də Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucova 6 il həbs cəzası

verilib

.

Dekabrın 18-də “Kanal 13” internet televiziyasının saytına – “kanal13.tv” domeninə giriş

məhdudlaşdırıldı

.

Sərhədsiz Reportyorlar Təşkilatının aprelin 26-da açıqlanan hesabatına görə, Azərbaycan mətbuat azadlığı baxımından 180 ölkə arasında 162-ci yerdədir. Ölkə ötən il 163-cü yerdə qərarlaşmışdı.

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dekabrın 12-də yaydığı illik siyahıda CPJ dünya üzrə 262 jurnalistin işinə görə həbsdə olduğunu qeyd edir. Ötən ilki rekord 259 nəfər idi.

CPJ Azərbaycanın da ən çox jurnalistin həbs olunduğu ölkələr sırasındadır. Təşkilat hazırda ölkədə 10 jurnalistin həbs çəkdiyini bildirib. Bundan əlavə, 10-dan çox jurnalistin ölkədən çıxışına yasaq qoyulub.

Ancaq hakimiyyət təmsilçiləri ölkədə heç bir jurnalistin peşəsinə görə cəzalandırılmadığını vurğulayır.

Dekabrın 15-də ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi qəbul edilib. Qanuna görə, jurnaslitlərin ordu haqda məlumat yayması məhdudlaşdırılıb. Yalnız rəsmi məlumatlar və mətbuat qurumunun verdiyi informasiyalar işıqlandırıla

bilər

.

Dekabrın 19-da “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı polis tərəfindən saxlanılıb. Həyat yoldaşı buna səbəb kimi Binəqədi yolunun qapadılmasını lentə almasının olduğunu söyləyib. Dekabrın 20-də o, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə edilərək sərbəst buraxılıb.

Ana səhifəAnalitikaMedia 2017-ci ildə nələr yaşadı?