Jurnalist polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilib
Mayın 23-də Qazax Rayon Məhkəməsində hakim Qurban Abbasovun sədrliyilə jurnalist Nicat Əmiraslanova hökm oxunub.
Jurnalist İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi, polisin qanuni əmrinə tabe olmamaq ittihamıyla təqsirləndirilərək 30 sutka azadlıqdan məhrum edilib.
Nicat Əmiraslanov mayın 22-də axşam saatlarında
saxlanılıb
.
Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.
N. Əmiraslanovun yaxınları onun saxlanma səbəbi kimi “Facebook” sosial şəbəkədəki paylaşımlarını göstərirlər.
N.Əmiraslanov müstəqil jurnalist kimi fəaliyyət göstərir.