Mehman Hüseynov 2 il azadlıqdan məhrum edildi

Vəkil: ''Bütün hallarda siyasi iradə rol oynayıb''

Martın 3-də Suraxanı Rayon Məhkəməsi bloqqer Mehman Hüseynovun 2 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bloqqer məhkəmə zalında həbs edilib. 

Hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə heç bir vəsatət təmin olunmayıb.

Bu barədə Meydan TV-yə vəkil Elçin Sadıqov məlumat verib:

"Prosesdə hakim xüsusi ittihamçını ifadə vermək üçün məhkəməyə gətirmədi və heç bir halı araşdırmadan məhkəmə çıxışlarına kəsdi. Çıxış üçün bir həftə vaxt istəməyimə baxmayaraq yarım saat verəcəyini dedi. 10 dəqiqədən sonra çıxış etməyimi tələb etdi və mən çıxış etdim. Mehman Hüseynov son sözün deyəndən  5 dəqiqə sonra 2 il azadlıqdan məhrumetmə cəzasını elan etdi".

E.Sadıqov hökmü qanunsuz sayır və məhkəmənin özbaşına qərar qəbul etmədiyini düşünür. 

"Bütün hallarda siyasi iradə rol oynayıb və biz apelyasiya şikayəti verəcəyik". 

Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2 maddəylə ittiham olunub. 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/snw4km

Ən çox baxılan