Xədicə İsmayılın bank hesabına həbs qoyulub

”Məhkəmə qərar verənədək bank hesablarında həbs olacaq”

Source:
Xədicə İsmayıl
Xədicə İsmayıl
Xədicə İsmayıl
Xədicə İsmayıl


”Məhkəmə qərar verənədək bank hesablarında həbs olacaq”

Araşdırmaçı jurnalist Xədicə İsmayılın bank hesabına həbs qoyulub.

Bu haqda jurnalistin özü məlumat yayıb. Bildirir ki, bank hesablarına həbs qoyulması haqda ona noyabrın 14-də məlumat verilib. Məlumatda qeyd olunub ki, həbs noyabrın 8-də Vergilər Nazirliyinin tələbi ilə onun «Kapital Bank»dakı hesabına qoyulub.

Xədicə İsmayılın sözlərinə görə, noyabrın 27-də 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində bu məsələ ilə bağlı məhkəmə baxışı olacaq. Məhkəmə qərar verənədək bank hesablarında həbs olacaq.

Jurnalist Meydan TV-yə açıqlamasında demişdi ki, bu barədə 1 saylı İqtisad Məhkəməsindən izahat

istəyəcək

:

“Görünür, yeni məhkəmələrlə vaxtımı almaq istəyirlər, amma çox biabırçı işdir”.

Vergilər Nazirliyi məsələ ilə bağlı şərh verməyib.

Bu il sentyabrın 26-da X.İsmayıl “Nobel mükafatına alternative” – “Dürüst Həyat” (Right Livelihood) laureatı adını qazanıb. Ondan 3 gün sonra Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi “Allard” mükafatına layiq görülüb.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. O, ittihamları qəbul etmir, araşdırma yazılarına görə sifarişlə həbs olunduğunu bəyan edirdi.

Jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Əvvəlki hökm 3 il 6 ay şərti cəza ilə əvəz edilib. Avqustda isə Cinayət Məcəlləsinə dəyişikliklərdən sonra şərti cəzanın müddəti 2 il 3 aya endirilib. Ancaq şərti cəza ilə əlaqədar jurnalistə Ali Məhkəmənin təyin etdiyi 5 il sınaq müddəti elə olduğu kimi saxlanılıb.

Xədicə İsmayıl həbsdən buraxılsa da, ölkədən kənara buraxılmır. Ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılmasından ötrü Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, şikayəti təmin olunmayıb. Bakı Apelyasiya Məhkəməsi də o qərarı qüvvədə saxlayıb.

Ana səhifəXəbərlərXədicə İsmayılın bank hesabına həbs qoyulub