Gizlilik siyasəti

Ön söz

Aşağıda qeyd olunan gizlilik siyasəti ilə biz sizə hansı növ şəxsi məlumatların (bundan sonra “məlumat” adlandırılacaq), hansı məqsədlər üçün və hansı dərəcədə emal olunduğu haqda məlumat vermək istərdik. Gizlilik bəyannaməsi həm xidmətlərimizin təmin edilməsi kontekstində, həm də veb-saytlarımız, mobil proqramlarımız və sosial media profillərimiz (bundan sonra birlikdə “onlayn xidmətlər” adlandırılacaq) kimi onlayn arenada zahiri iştirakımızda şəxsi məlumatların bizim tərəfimizdən hər növ emalına şamil edilir.

Son yeniləmə: 1 fevral 2022-ci il

Mündəricat

Nəzarətçi

Vereinigung für die Demokratie e.V.
Postfach 44 02 29
12002 Berlin

E-mail adresi: 

info@meydan.tv

Hüquqi xəbərdarlıq üçün: https://www.meydan.tv/az/impressum-informasiyasi/

Alman Federal Yayım Sazişinin 2-ci bəndinin 55-ci hissəsinə əsasən məzmuna görə məsuliyyət daşıyır.

Vereinigung für die Demokratie e.V.
Postfach 44 02 29
12002 Berlin

Emal əməliyyatlarına ümumi baxış

Emal edilmiş məlumatların növləri, onların emal edilmə məqsədləri və əlaqəli məlumat subyektləri sadalanıb.

Emal edilmiş məlumatların kateqoriyaları

  • Ehtiyat məlumatları
  • Ödəniş məlumatları
  • Əlaqə məlumatları
  • Məzmun məlumatları
  • Müqavilə məlumatları
  • İstifadə məlumatları
  • Meta/əlaqə məlumatları

Məlumat subyektlərinin kateqoriyaları

  • Müştərilər
  • İşçilər
  • Perspektivli müştərilər
  • Ünsiyyət tərəfdaşları
  • İstifadəçilər
  • Üzvlər
  • Biznes və müqavilə tərəfdaşları

Emal olunma məqsədləri

  • Müqavilə əsasında olan xidmətlərin və müştəri dəstəyinin təmin olunması
  • Əlaqə qurmaq tələbləri və ünsiyyət.
  • Birbaşa marketinq
  • Veb təhlili
  • Ofis və təşkilati prosedurlar
  • Sorğuların idarə olunması və onların cavablandırılması
  • Rəy verilməsi
  • Marketinq
  • İstifadəçi məlumatlarını ehtiva edən profillər
  • Onlayn xidmətlərimizin və istifadəyə yararlılığın təmin edilməsi

Emal üçün hüquqi baza

Aşağıda şəxsi məlumatların emalına əsaslandığımız “Ümumi Məlumatların Qorunması Qaydaları”nın (General Data Protection Regulation- GDPR) hüquqi bazasına ümumi baxışla tanış ola bilərsiniz. Xahiş edirik nəzərinizdə saxlayın ki, ÜMQQ-nın maddələrinə əlavə olaraq, sizin və ya bizim daimi yaşadığımız və ya qeydiyyatda olduğumuz ölkənin yerli məlumatların qorunması qanunları da tətbiq oluna bilər. Bundan əlavə, əgər fərdi məsələlərdə daha konkret hüquqi qaydalar tətbiq olunarsa, biz bu barədə təhlükəsizlik bəyannaməsində sizə məlumat verəcik.

  • Razılaşma (Maddə 6 (1) (a) ÜMQQ) – məlumat subyekti şəxsi məlumatlarının bir və ya bir neçə xüsusi məqsəd üçün emal edilməsinə razılıq verib.
  • Müqavilənin və öncəki tələblərin yerinə yetirilməsi (Maddə 6 (1) (b) ÜMQQ) – məlumat subyektinin tərəf olduğu müqavilənin yerinə yetirilməsi və ya müqaviləyə daxil edilməmişdən öncə məlumat subyektinin tələbi ilə zəruri addımların atılması.
  • Qanuni maraqlar (Maddə 6 (1) (f) ÜMQQ) – şəxsi məlumatlatın mühafizəsini tələb edən məlumat subyektinin maraqlarını və ya başlıca hüquq və azadlıqlarını ləğv etmədiyi halda, idarəçi və ya üçüncü tərəf tərəfin qanuni maraqları baxımından emal etmə zəruridir.

Ümumi Məlumatların Qorunması Qaydalarındakı məlumatların qorunması müddəalarına əlavə olaraq, Almaniyada məlumatların qorunması üçün əlavə yerli qaydalar tətbiq olunur. Buraya xüsusən də, Şəxsi Məlumatların Emalı zamanı Sui-istifadədən Şəxsi Məlumatların Mühafizəsi Qanunu (Federal Məlumatların Mühafizəsi Qanunu – FMMQ) daxildir. Xüsusilə, FMMQ giriş hüququ, silmə hüququ, etiraz etmək hüququ, şəxsi məlumatların xüsusi kateqoriyalarının emalı, digər məqsədlər üçün emalı və ötürülməsi və avtomatik fərdi qərar vermə, o cümlədən profilləşdirmə ilə bağlı xüsusi müddəaları əhatə edir. Bundan əlavə, o, məşğulluq münasibətləri yaratmaq məqsədilə məlumatların emal edilməsi (§ 26 FMQQ), xüsusən məşğulluq münasibətlərinin yaradılması, icrası və ya xitam verilməsi, habelə işçilərin razılığı ilə bağlı məlumatların emal olunması qaydalarını tənzimləyir. Bununla yanaşı, ayrı-ayrı federal ştatların məlumatların qorunması qanunları tətbiq oluna bilər.

Təhlükəsizlik üçün ehtiyat tədbirləri

Bacarıq dərəcəsini,  tələb olunan xərcləri və emalın xarakterini, həcmini, kontekstini və məqsədlərini, habelə riskə uyğun təhlükəsizlik səviyyəsini təmin etmək məqsədilə fiziki şəxslərin hüquq və azadlıqları üçün dəyişən ehtimal və ciddilik riskini nəzərə alaraq, qanunvericiliyin tələblərinə uyğun şəkildə müvafiq texniki və təşkilati tədbirlər görürük.

Bu tədbirlərə, xüsusilə, məlumatların fiziki və elektron çatımlılığına, habelə məlumatların daxil edilməsinə, ötürülməsinə, təhlükəsizliyinin təmin olunması və bölüşdürülməsinə nəzarət etməklə, məlumatların konfidensiallığının, bütövlüyünün və əlçatanlığının qorunması aiddir. Biz eyni zamanda məlumat subyektlərinin hüquqlarına hörmət edilməsini, məlumatların silinməsini və məlumatla bağlı təhdidlər olarsa dərhal cavab verməyə hazır olduğumuzu göstərmək üçün prosedurlar müəyyən etmişik. Bununla yanaşı, biz artıq düşünülmüş və standart gizlilik prinsipinə uyğun olaraq aparat təminatı, proqram təminatı və xidmət təminatçılarını hazırlayarkən və ya seçərkən şəxsi məlumatların mühafizəsini nəzərə alırıq.

Şəxsi məlumatların ötürülməsi

Fərdi məlumatların emal edilməsi fonunda məlumatların başqa yerlərə, şirkətlərə və ya şəxslərə ötürülməsi və ya onlara açıqlanması baş verə bilər. Bu məlumatları alanlara, məsələn, İT tapşırıqlarını yerinə yetirmək tapşırığı verilmiş xidmət təminatçıları və ya veb-saytda yerləşdirilmiş xidmət və məzmun təminatçıları daxil ola bilər. Bu halda qanunun tələblərinə hörmət ediləcək və xüsusilə də məlumatlarınızı alan şəxslərlə məlumatlarınızın mühafizəsinə xidmət edən lazımi müqavilələr və ya sazişlər bağlanacaq.

Üçüncü ölkələrdə məlumatların emalı

Biz məlumatları üçüncü ölkədə (yəni, Avropa İttifaqı (Aİ), Avropa İqtisadi Bölgəsi (AİB) hüdudlarından kənarda) emal ediriksə, bundan əlavə, emal üçüncü tərəf xidmətlərindən istifadə və ya məlumatların başqa şəxslərə, səlahiyyətli orqanlara, şirkətlərə ötürülməsi və ya açıqlanması fonunda baş verirsə yalnız qanunun tələblərinə uyğun şəkildə həyata keçiriləcəkdir.

Müqavilə və ya qanunla tələb olunan açıq razılıq və ya köçürmə şərtlərinə uyğun olaraq, biz məlumatı yalnız tanınmış səviyyədə qorunma səviyyəsinə malik üçüncü ölkələrdə emal edirik və ya emal etmişik. Biz bunu spesifik tədbirlər əsasında məsələn, standart mühafizə müddəaları vasitəsilə Aİ Komissiyasının müqavilə öhdəliyi və ya sənədlər və məcburi daxili məlumatların mühafizəsi qaydaları emala haqq qazandırdığı halda etdik. (Maddə 44-49 ÜMQQ, Aİ Komissiyasının məlumat səhifəsi:https://ec.europa.eu/info/law/law-topic/data-protection/international-dimension-data-protection_en).

Məlumatların silinməsi

Bizim tərəfimizdən emal edilmiş məlumatlar, emal edilmə üçün icazə ləğv olunduqda və ya digər icazələr artıq etibarsız sayıldıqda (məsələn, bu məlumatların emal edilmə məqsədi artıq keçərli deyilsə və ya bu nəzərdə tutulaq məqsədlər üçün emal olnmursa) qanuni tədbirlərə uyğun şəkildə silinəcəkdir.

Məlumat digər və icazə verilən qanuni məqsədlər üçün zəruri olduğundan silinmirsə onun emal edilməsi bu məqsədlərlə məhdudlaşdırılır. Bu məlumat məhdudlaşdırılacağı və başqa məqsədlər üçün emal olunmayacağı anlamına gəlir. Bu məsələn, ticarət və ya vergi məqsədləri üçün toplanan və ya hüquqi iddiaların təsdiq edilməsi, yerinə gəririlməsi, müdafiəsi və ya digər fiziki ya da hüquqi şəxsin haqlarının müdafiəsi üçün məlumatlara tətbiq olunur.

Məlumatların emal olunması haqqında bizdə olan informasiya fonunda biz istifadəçiləri müvafiq emal ilə bağlı məlumatların silinməsi və saxlanması haqqında əlavə məlumatla təmin edə bilərik.

Kukilərdən istifadə olunması

Kukilər məlumatları son cihazlarda saxlayan və son cihazlardan oxuyan sadə mətn faylları və ya başqa məlumat qeydləridir. Məsələn, istifadəçi hesabına daxil olma məlumatlarını, onlayn mağazadakı qeydiyyatda olan alış veriş kartının məlumatlarını, əldə edilən məzmun və ya istifadə olunan funksiyaları saxlamaq üçün istifadə olunur. Kukilər müxtəlif məqsədlər üçün, məsələn, onlayn təkliflərin funksionallığını, təhlükəsizliyini və əlverişliliyinin təmin edilməsi, həmçinin ziyarətçi axınının təhlilinin yaradılması məqsədilə də istifadə oluna bilər. 

Razılaşma haqqında məlumat: Biz kukilərdən qanunun tələblərinə uyğun şəkildə istifadə edirik. Buna görə də, qanunla tələb olunmadığı təqdirdə əvvəlcədən istifadəçilərdən razılıq alırıq. Razılaşma bir halda tələb olunmur ki, məlumatın, həmçinin kukilərin saxlanması və oxunması abunəçi və ya istifadəçinin açıq şəkildə tələb etdiyi informasiya cəmiyyəti xidmətinin göstərilməsi üçün ciddi şəkildə lazım olur. Ləğv oluna bilən razılaşma haqqında istifadəçiyə aydın şəkild məlumat veriləcək və kukilərin müvafiq istifadəsi haqqında məlumatı əhatə edəcəkdir.

Məlumatların mühafizəsi qanunu çərçivəsində hüquqi əsaslar haqqında məlumat: Kukilərdən istifadə etməklə istifadəçilərin şəxsi məlumatlarını emalında əsaslandığımız məlumatların mühafizəsi qanunu çərçivəsindəki hüquqi əsaslar istifadəçilərdən razılıq tələb edib-etməməyimizdən asılıdır. İstifadəçilər razılıq verərsə, onların məlumatlarının emalı üçün müəyyən edilmiş hüquqi əsas onların qəbul etdiyi razılaşma hesab olunur. Bunun əksinə kukilər vasitəsilə emal olunan məlumatlar bizim qanuni maraqlarımız əsasında emal olunur (məsələn,onlayn xidmətlərimizdə biznes fəaliyyətimiz və onun istifadəsinin yaxşılaşdırılması) və ya kukilərdən istifadə müqavilə öhdəliklərimizi yerinə yetirilməsi üçün zəruridirsə, bu proses müqavilə öhdəliklərimizin yerinə yetirilməsi kontekstində həyata keçirilir. Kukiləri hansı məqsədlə emal ediriksə ya bu gizlilik siyasəti çərçivəsində, ya da razılaşma və emal prosedurlarımız kontekstində aydınlaşdırırıq.

Saxlama müddəti: saxlama müddəti ilə əlaqəli olaraq, aşağıdakı növdəki kukilər arasında fərq qoyulur:

Müvəqqəti kukilər (“sessiya kukiləri” kimi də tanınır): Müvəqqəti kukilər ən geci istifadəçi onlayn xidmətdən çıxdıqdan və son cihazı (məsələn, brauzer və ya mobil tətbiqlər) bağlayandan sonra silinir.

Daimi kukilər: Daimi kukilər hətta son cihazı söndürülsə belə saxlanılır. Məsələn, istifadəçi veb-sayta yenidən daxil olduqda, daxil olma məlumatları yadda saxlanıla bilər və ya üstünlük verilən məzmuna birbaşa göstərilə bilər. Eynilə, kukilər vasitəsilə toplanmış istifadəçi məlumatları çatımlılığı ölçmək üçün istifadə edilə bilər. Biz istifadəçiləri kukilərin növləri və onların saxlanma müddəti (məsələn, alınan razılığın bir hissəsi kimi) haqqında açıq şəkildə məlumatla təmin etmədiyimiz halda, istifadəçilər kukilərin daimi olduğunu və onların saxlanma müddətinin iki ilə qədər davam edə biləcəyini nəzərə almalıdırlar.

Ləğv etmə və etiraz etmə (imtina etmə) haqqında ümumi məlumat: İstifadəçilər razılaşmanı istənilən zaman ləğv edə, həmçinin 21-ci maddədə göstərilən qanuni tələblərə uyğun olaraq məlumatların emal edilməsinə etiraz (etirazlar haqqında daha çox məlumat bu gizlilik siyasətinin bir hissəsi kimi verilir) edə bilərlər. İstifadəçilər həmçinin öz etirazlarını, məsələn, brauzer parametrlərində kukilərdən istifadəni qeyri-aktiv etməklə (həmçinin bu bizim onlayn xidmətlərimizin funksionallığını məhdudlaşdıra bilər) bildirə bilərlər. Onlayn marketinq üçün kukilərin istifadəsinə etiraz bu internet saytları vasitəsilə də edilə bilər:

https://optout.aboutads.info və https://www.youronlinechoices.com/

Bundan əlavə, istifadəçilər xidmət provayderləri və istifadə olunan kukilər haqqında məlumatın bir hissəsi olaraq müvafiq zamanlarda bizdən etiraz üçün əlavə bildirişlər ala bilərlər.

Məlumatların emal edilməsi üsulları, prosedurları və xidmətləri haqqında əlavə  məlumat:

Kuki məlumatlarının razılaşma əsasında emalı: Biz həll yolu kimi kukilərin idarə edilməsindən istifadə edirik. Bu da istifadəçilərin kukilərdən istifadəyə razılıq verməsinə imkan verir və ya kukilərin idarə olunması prosesində adı çəkilən prosedurlar və provayderlər istifadəçilər tərəfindən əldə edilə, idarə oluna və ləğv edilə bilir. İstifadəçi razılaşması elə saxlanılır ki, onun təkrar hazırlanmasına ehtiyac olmasın və razılaşma hüquqi öhdəliyə uyğun sübuta yetirilə bilsin. Razılaşmanın istifadəçiyə və/və ya cihaza ötürülməsi üçün saxlama prosesi server tərəfindən və/və ya kuki vasitəsilə (imtina kukisi və ya oxşar texnologiyalar adlanır) həyata keçirilə bilər. Kukilərin idarə olunması xidmətinin provayderlərinin şəxsi məlumatlarındakı detallardan asılı olaraq, aşağıdakı məlumatlar tətbiq olunur: Razılaşmanın saxlanılma müddəti iki ilə qədər davam edə bilər. Bu zaman razılaşma tarixi/vaxtı ilə yanaşı, razılaşmanın əhatə dairəsi (məsələn, kukilərin hansı kateqoriyaları olduğu və/və ya xidmət təminatçıları), həmçinin brauzer, sistem və istifadə olunan cihazla birlikdə təxəllüs ilə qeydiyyatdan keçən istifadəçi identifikatoru fomalaşdırılır və saxlanılır.

Qanuna və ya prosessual qaydalara uyğun şəkildə tapşırıqların yerinə yetirilməsi

Biz üzvlərimizin, dəstəkçilərimizin, potensial müştərilərimizin, biznes tərəfdaşlarımızın və ya başqalarının (birlikdə, “məlumatın subyektləri” adlandırılır) məlumatlarını onlarla üzvlük və ya digər işgüzar əlaqələrimiz olduqda və tapşırıqlarımızı yerinə yetirdiklərində, imtiyazlarımızdan və üstün olduğumuz xüsusiyyətlərdən istifadə etdiklərində emal edirik. Digər halda isə biz məlumat subyektlərinin məlumatlarını qanuni maraqlarımız (məsələn. inzibati tapşırıqlar və ya ictimai əlaqələr) çərçivəsində emal edirik.

Emal edilmiş məlumatlar, onun növü, əhatə dairəsi və məqsədi, eləcə də emalın zəruriliyi əsas üzvlük və ya hər hansı məlumatın vacibliyini (biz bunu “zəruri məlumatlar” adlandırırıq) ortaya çıxaran müqavilə şərtləri ilə müəyyən edilir.

Biz hüquqi və ticarət məqsədlərimizin həyata keçirmək üçün artıq lazım olmayan məlumatları silirik. Bu, müvafiq tapşırıqlar və müqavilə şərtləri ilə müəyyən edilir. Biz məlumatları ticarət məqsədləri üçün və onların tənzimlənməsində qanuni marağımıza əsaslanan hər hansı zəmanəti olduğu və ya öhdəlik daşıdığı müddətcə saxlayırıq. Məlumatların saxlanmasına ehtiyac müntəzəm olaraq yoxlanılır, əks təqdirdə qanunlara uyğun şəkildə saxlama öhdəlikləri tətbiq edilir.

Emal edilmiş məlumatların növləri: Ehtiyat məlumatları (məsələn, adlar, adreslər); Ödəniş məlumatları (məsələn, bank rekvizitləri, qəbzlər, ödəniş tarixçəsi); Əlaqə məlumatları (məsələn, e-poçt, telefon nömrələri); Müqavilə məlumatları (məsələn, müqavilə əhdi, müddəti, müştəri qrubu).

Məlumat subyektləri: İstifadəçilər (məsələn, veb-saytın ziyarətçiləri, onlayn xidmətlərin istifadəçiləri); Üzvlər; Biznes və müqavilə tərəfdaşları.

Emal edilmə məqsədləri: Müqavilə xidmətlərinin təmin edilməsi və müştəri dəstəyi; Əlaqə qurmaq tələbləri və ünsiyyət; Sorğuların idarə edilməsi və cavablandırılması.

Hüquqi Baza: müqavilənin yerinə yetirilməsi və öncəki tələblər (maddə 6 (1) (b) ÜMQQ); Qanuni maraqlar (ÜMQQ Maddə 6 (1) (f)).

Ödəniş qaydaları

Biz müqavilə və digər hüquqi əlaqələr çərçivəsində, hüquqi öhdəliklərə uyğun şəkildə və ya qanuni maraqlarımız əsasında məlumat subyektlərinə effektiv və təhlükəsiz ödəniş üsulları təqdim edirik və bu məqsədlə banklar və kredit qurumlarından əlavə, xidmət təminatçılarından (birlikdə “ödəniş xidməti təminatçıları” adlanır) da istifadə edirik.

Ödəniş xidməti təminatçıları tərəfindən emal edilən məlumatlar ad və adres kimi, hesab və ya kredit kartı nömrələri, parollar, vergi nömrələri və yoxlama qəbzləri kimi bank məlumatları, habelə müqavilə, ümumi və alıcı ilə bağlı məlumatları ehtiva edir. Bu məlumat köçürmələri həyata keçirmək üçün  tələb olunur. Habelə, daxil edilmiş məlumatlar yalnız ödəniş xidməti təminatçıları tərəfindən emal olunur və onunla birlikdə saxlanılır. Bu o deməkdir ki, biz bank hesabı və ya kredit kartı ilə bağlı heç bir məlumat almırıq, yalnız ödənişlə bağlı təsdiq və ya mənfi rəyləri alırıq. Müəyyən şərtlər daxilində ödəniş xidməti təminatçıları məlumatları kredit verən qurumlarla  paylaşa bilərlər. Məlumat ötürülməsinin məqsədi şəxsin kimliyini və kredit götürmək üçün etibarlı olub-olmamasını yoxlamaqdır. Xahiş edirik ki, ödəniş xidməti təminatçılarının müddəa və şərtlərini, eyni zamanda məlumatların qorunması haqqındakı informasiyanı oxuyun.

Müvafiq ödəniş xidməti təminatçılarının müddəa və şərtləri,  məlumatların qorunması proseduru ödəniş əməliyyatlarına tətbiq olunur və onlar müvafiq veb-saytlarda və ya əməliyyat tətbiqlərində mövcuddur. Biz eyni zamanda daha çox məlumat üçün və məlumat subyektinin ləğv edilmə iddiası, məlumat almaq hüququ və digər hüquqları üçün bu qaydalara müraciət edirik.

Onlayn xidmətlərin və veb hostinqin təmin olunması

Onlayn xidmətlərimizi təhlükəsiz və effektiv şəkildə çatdırmaq üçün biz öz serverlərindən (və ya onların idarə etdiyi serverlərdən) onlayn xidmətlərə çatımlılığı olan bir və ya bir neçə veb hostinq təminatçısından istifadə edirik. Bu məqsədləri həyata keçirmək üçün biz infrastruktur və platforma xidmətlərindən, hesablama gücündən, yaddaş tutumundan və verilənlər bazası xidmətlərindən, təhlükəsizlik və texniki qulluq xidmətlərindən istifadə edə bilərik.

Hostinq xidmətlərinin təmin olunmasının bir hissəsi kimi emal edilmiş məlumatlara istifadə və kommunikasiya zamanı toplanmış onlayn xidmətlərimizin istifadəçiləri haqqındakı bütün məlumatlar daxil ola bilər. Bu, adətən, onlayn xidmətlərin məzmununu brauzerlərə ötürmək üçün tələb olunan IP adresi, həmçinin onlayn xidmətlərimiz vasitəsilə və ya veb-saytlarımızda aparılan hər hansı qeydləri əhatə edir.

Emal edilmiş məlumatların növləri: Məzmun məlumatları (məsələn, mətn girişi, şəkillər, videolar); İstifadə məlumatları (məsələn, ziyarət edilən veb-saytlar, məzmuna maraq, daxil olma vaxtı); Meta/əlaqə məlumatları (məsələn, cihaz məlumatı, IP adresləri).

Məlumat subyektləri: İstifadəçilər (məsələn, veb-saytın ziyarətçiləri, onlayn xidmətlərin istifadəçiləri).

Emal edilmə məqsədləri: Onlayn xidmətlərimizi və istifadəyə yararlılığı təmin etmək.

Hüquqi baza: Qanuni maraqlar (ÜMQQ Maddə 6 (1) (f)).

Məlumatların emal edilməsi üsulları, prosedurları və xidmətləri haqqında əlavə  məlumat:

Giriş məlumatlarının və qeyd fayllarının toplanması: Biz özümüz və ya veb hostinq təminatçımız serverə hər bir giriş haqqında məlumat  (server qeyd faylları adlanır) toplayırıq. Server qeyd faylları daxil olunan veb səhifələrin və faylların adresini və adını, giriş edilən tarixi və vaxtı, ötürülən məlumatların miqdarını, uğurlu girişlə bağlı bildirişi, brauzerin növünü və modelini, istifadəçi əməliyyat sistemini, istinad edilən URL-sini (öncələri ziyarət edilmiş səhifə) və ümumiyyətlə IP adreslərını və tələb edən provayderləri əhatə edir. Server qeyd faylları məsələn, serverin yüklənməsinin önünə keçmək (xüsusilə sui-istifadə hallarında, DDoS hücumları zamanı), serverlərin  stabilliyinin və optimal yükünün balanslaşdırılmasını təmin etmək kimi təhlükəsizlik məqsədləri üçün istifadə edilə bilər.

Saxlanma müddəti: Giriş məlumatı faylı maksimum 30 gün saxlanılır, sonra silinir və ya anonim olaraq saxlanılır. Hər hansı bir məsələnin sübuta yetirilməsi məqsədilə saxlanmalı olan məlumatlar müvafiq hadisə aydınlaşdırılana qədər silinmir.

Messenger vasitəsilə əlaqə

Biz messenger xidmətlərindən əlaqə yaratmaq məqsədilə istifadə edirik və bunun üçün də sizdən messenger xidmətlərinin funksionallığı, şifrələmə, ncryption, kommunikasiyanın metaməlumatından istifadə və imtina etmə seçimlərinizlə bağlı aşağıdakı məlumatları nəzərdən keçirməyini xahiş edirik.

Məsələn, siz bizimlə alternativ üsullarla (məsələn, telefon və ya e-poçt vasitəsilə)s da əlaqə saxlaya bilərsiniz. Xahiş edirik ki, sizin üçün təqdim olunan əlaqə seçimlərindən və ya onlayn xidmətlərimizdə mövcud olan əlaqə seçimlərindən istifadə edin.

Biz vurğulamaq istərdik ki, məzmunun şifrələnməsi (məsələn, mesajınızın və əlavə etdiyiniz sənədlərin məzmunu) zamanı kommunikasiyanın məzmunu (yəni mesajın və etdiyiniz sənədlərin məzmunu) ucdan-uca şifrələnir. Bu mesajların məzmununun, hətta messenger xidməti təminatçılarının özləri tərəfindən də görünmədiyi anlamına gəlir. Mesajın məzmununun şifrələndiyinə əmin olmaq üçün siz həmişə messenger xidmətinin aktivləşdirilmiş şifrələmə sistemi olan ən son versiyasından istifadə etməlisiniz.

Bununla yanaşı, əlaqə tərəfdaşlarımıza bildirmək istərdik ki, messenger xidməti təminatçıları məzmunu görə bilməsələr də, əlaqə tərəfdaşlarının bizimlə əlaqə saxladıqda və əlaqə tərəfdaşının istifadə etdiyi cihazında texniki məlumatları emal etdikdə, həmçinin, cihazınızın parametrlərindən asılı olaraq olduqları yerin məlumatlarını (“metaməlumat” adlanır) emal etdiklərini öyrənə bilərlər.

Hüquqi baza ilə bağlı məlumat: Əgər messenger xidmətləri vasitəsilə onlarla əlaqə saxlamazdan əvvəl əlaqə tərəfdaşlarından icazə istəsək, bizim onlara məxsus məlumatları emal etməyimizin hüquqi əsası onların razılığı olacaq. Əks təqdirdə, biz razılıq tələb etmiriksə və siz könüllü olaraq bizimlə əlaqə saxlayırsınızsa, biz messenger xidmətlərindən müqavilə üzrə tərəfdaşlarımızla münasibətlərimizdə və müqavilə prosesinin bir hissəsi və müqavilə tədbiri kimi, digər maraqlı tərəflər və tərəfdaşları ilə bağlı sürətli və səmərəli ünsiyyətdə qanuni maraqlarımız əsasında istifadə edirik. Bundan əlavə, sürətli mesajlaşma proqramları vasitəsilə ünsiyyət tərəfdaşlarımızın ünsiyyət ehtiyaclarını ödəmək üçün də istifadə edirik. Əlavə olaraq vurğulamaq istərdik ki, bizə göndərilən əlaqə məlumatlarını sizin razılığınız olmadan ilk olaraq messenger xidməti təminatçıları ilə paylaşmırıq.

Ləğv etmə, Etiraz etmə və Silmə: Sizin razılaşmanı istədiyiniz zaman ləğv edə və ya messenger xidməti vasitəsilə bizimlə əlaqə saxlamağa etiraz edə bilərsiniz. Messenger xidməti vasitəsilə əlaqə yaradərkən yazılan mesajları ümumi məlumatların saxlanması siyasətimizin tələblərinə uyğun şəkildə (yəni, yuxarıda da qeyd olunduğu kimi müqavilə əsasında qurulan münasibətlər, arxivləşdirmə tələbi bitdikdən sonra və s.) mümkün qədər tez silirik, əks halda əvvəlki söhbətə istinad edilməsi gözləmilmirsə və silinmənin qarşısını almaq üçün mesajların saxlanmasına dair qanuni tələb yoxdursa əlaqə tərəfdaşları tərəfindən verilən hər hansı məlumatı cavablandırdığımızı güman edə bilərik.

Digər kommunikasiya vasitələrinə istinadın ön şərtləri: Nəhayət, bildirmək istərdik ki, təhlükəsizlik baxımından biz messenger xidmətləri ilə bağlı sorğulara cavab verməmək hüququnu özümüzdə saxlayırıq. Bu, məsələn, daxili müqavilə məsələləri şəxsi konfidensallığın qorunmasını tələb etdikdə və ya messenger vasitəsilə verilən cavablar formal tələblərə cavab vermədikdə baş tutur. Bu kimi hallarda sizi daha uyğun kommunikasiya kanallarına yönəldirik.

  • Emal edilmiş məlumatların növləri: Əlaqə məlumatları (məsələn, e-poçt, telefon nömrələri); İstifadə məlumatları (məsələn, ziyarət edilən veb-saytlar, məzmuna maraq, daxil olma vaxtı); Meta/əlaqə məlumatları (məsələn, cihaz məlumatı, IP adresləri).
  • Məlumat subyektləri: Əlaqə tərəfdaşı (e-poçtu, məktubu və s. alanlar).
  • Emal edilmə məqsədləri: Ünsiyyət tələbləri və kommunikasiya; Birbaşa marketinq (məsələn, e-poçt və ya adi poçt vasitəsilə).
  • Hüquqi baza: Razılaşma (maddə 6 (1) (a) ÜMQQ); Qanuni maraqlar (GDPR Maddə 6 (1) (f)).

Bulud xidmətləri

Biz təminatçılarının serverlərində görünən, internetə çatımlılığı olan proqram təminatı xidmətlərindən (həmçinin “bulud xidmətləri” adlanır) aşağıdakı məqsədlər üçün istifadə edirik: sənədlərin saxlanılması və idarə olunması, təqvimlərin idarə edilməsi, e-poçtların çatdırılması, elektron cədvəllər və təqdimatlar, sənədlərin, məzmunun və məlumatın konkret alıcılara göndərilməsi və ya veb-saytların, formaların və ya digər məzmun və məlumatların yerləşdirilməsi, habelə çatlar və audio və video konfranslarda iştirak edilməsi.

Bu kontekstdə, bu məlumatlar bizimlə ünsiyyət prosesinin bir hissəsi olduğu və ya əks halda, bu gizlilik siyasətinə uyğun olaraq bizim tərəfimizdən emal edildiyi müddətcə, şəxsi məlumatlar provayderin serverlərində emal oluna və saxlanıla bilər. Bu məlumatlara, xüsusilə də məlumat subyektlərinin əsas məlumatları və əlaqə məlumatları, proseslər, müqavilələr, digər prosedurlar və onların məzmunu haqqında məlumatlar aid ola bilər. Bulud xidməti təminatçıları eyni zamanda təhlükəsizlik və xidmətin optimallaşdırılması məqsədləri üçün istehlak olunan istifadə məlumatlarını və metaməlumatları emal edirlər.

Digər istifadəçilər və ya ictimaiyyətə açıq veb-saytlar, formalar və s. üçün sənədlər və məzmun təmin etmək məqsədilə bulud xidmətlərindən istifadə etsək, provayderlər veb analizi və ya istifadəçi seçimlərini yadda saxlamaq üçün (məsələn, mediaya nəzarət halında) istifadəçilərin cihazlarında kukiləri saxlaya bilər. 

Hüquqi baza ilə bağlı məlumat: Bulud xidmətlərindən istifadə üçün razılıq tələb etsək, bu məlumatların emalı üçün qanuni razılıq hesab oluanacaq. Bununla yanaşı, bulud xidmətlərindən istifadəyə bu kontekstdə qərar verildiyi təqdirdə, onların istifadəsi müavilə (müqavilədən əvvəl)  xidmətlərimizin bir hissəsi ola bilər. Əks təqdirdə, istifadəçi məlumatları qanuni maraqlarımız (yəni, effektiv və təhlükəsiz idarəetmə və əməkdaşlıq proseslərinə qarşı marağımız) əsasında emal ediləcək.

Veb təhlili, monitorinqi və optimallaşdırılması

Veb təhlili veb-saytımıza daxil olan ziyarətçi hərəkətliliyini qiymətləndirmək üçün istifadə edilir və  istifadəçi davranışı, maraqları və ya təxəllüs, yaş, cins kimi demoqrafik məlumatları ehtiva edə bilər. Məsələn, biz veb təhlilinin köməyi ilə onlayn xidmətlərimiz, funksiyalarımız və ya məzmunumuzun ən çox nə zaman istifadə edildiyini və ya təkrar tələb edildiyini və hansı sahələrin optimallaşdırılmalı olduğunu müəyyənləşdirə bilərik.

Veb təhlil ilə yanaşı, biz məsələn, onlayn xidmətlərimizin və ya onun komponentlərinin müxtəlif versiyalarının sınaqdan keçirilməsi və optimallaşdırılması üçün test prosedurlarından da istifadə edə bilərik. Aşağıda başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlər üçün profillər, yəni istifadə prosesi üçün toplanan məlumatlar hazırlana və məlumatlar brauzerdə və ya son cihazda saxlanıla və oradan oxuna bilər. Toplanan məlumatlara ziyarət edilən veb-saytlar və burada istifadə olunan ünsürlər, həmçinin istifadə olunan brauzer, istifadə olunan kompüter sistemi və istifadə zamanı kimi texniki məlumatlar aid ola bilər. Məkan məlumatları istifadəçilərin bizdən və ya istifadə etdiyimiz xidmət provayderlərindən məkan məlumatlarının toplanmasına razılıq verdiyi halda da emal edilə bilər.

Aşağıda başqa cür qeyd edilmədiyi təqdirdə, istifadə prosesi və ya istifadəçi üçün ümumiləşdirilmiş məlumatları özündə ehtiva edən profillər bu məqsədlər üçün yaradıla və brauzerdə və ya son cihazınızda (“kukilər” adlanır) saxlanıla bilər və ya oxşar proseslər eyni məqsədlər üçün istifadə edilə bilər.  Toplanan məlumatlara ziyarət edilən veb-saytlar və burada istifadə olunan elementlər, həmçinin istifadə olunan brauzer, istifadə olunan kompüter sistemi və onların istifadə müddəti kimi texniki məlumatlar aiddir. İstifadəçilər bizim və ya istifadə etdiyimiz xidmət təminatçıları üçün yer məlumatlarının və ya profillərindəki məlumatların toplanmasına razılıq verərlərsə, provayderdən asılı olaraq bunlar da emal oluna bilər.

İstifadəçilərin IP adresləri də saxlanır. Bununla yanaşı, biz istifadəçini qorumaq məqsədilə hər hansı mövcud IP gizlətmə prosedurundan (yəni IP adresinin qısa forması) istifadə edirik. Adətən veb təhlili, A/B testi və optimallaşdırma istifadəçi məlumatlarını (e-poçt adresləri və ya adlar kimi) deyil, təxəllüsləri saxlayır. Bu bizim eləcə də istifadə olunan proqram təminatçıları istifadəçilərin həqiqi kimliyini bilmir, sadəcə müvafiq proseslər məqsədilə onların profilində saxlanılan məlumatları bilirik.

Hüquqi baza ilə bağlı məlumat: Əgər istifadəçilərə üçüncü tərəf provayderlərindən istifadə etmək üçün razılıq tələb etsək, bu məlumatların emalı üçün qanuni razılıq hesab oluanacaq. Bununla yanaşı, üçüncü tərəfin istifadəsinə bu kontekstdə qərar verildiyi təqdirdə, onların istifadəsi müavilə (müqavilədən əvvəl)  xidmətlərimizin bir hissəsi ola bilər. Əks təqdirdə, istifadəçi məlumatları qanuni maraqlarımıza (yəni effektiv, qənaətcil və istifadəçi dostu xidmətlərə olan marağımız) əsasında emal ediləcək. Bütün bunların fonunda sizi gizlilik siyasətində kukilərin istifadəsi ilə bağlı məlumatlara yönləndirmək istərdik.

  • Emal edilmiş məlumatların növləri:  İstifadə məlumatları (məsələn, ziyarət edilən veb-saytlar, məzmuna maraq, daxil olma vaxtı); Meta/əlaqə məlumatları (məsələn, cihaz məlumatı, IP adresləri).
  • Məlumat subyektləri: İstifadəçilər (məsələn, veb-sayt ziyarətçiləri, onlayn xidmətlərin istifadəçiləri).
  • Emal edilmə məqsədləri: veb-təhlili (məsələn, çatımlılıq statistikası, geri qayıdan ziyarətçilərin tanınması); İstifadəçilər haqqında məlumatların olduğu profillər (İstifadəçi profilləri yaratmal).
  • Təhlükəsizlik Tədbirləri: IP gizlədilməsi (IP adreslərinin psevdonimləşdirilməsi).
  • Hüquqi baza: Razılaşma (maddə 6 (1) (a) ÜMQQ); Qanuni maraqlar (GDPR Maddə 6 (1) (f)).

Məlumatların emal edilməsi üsulları, prosedurları və xidmətləri haqqında əlavə  məlumat:

Google Analytics: Veb analitikası, istifadəçi trafikinin ölçülməsi; 

Xidmət təminatçısı: Ana şirkət: Google İrlandiya MMC, Gordon House, Barrow Street, Dublin 4, İrlandiya; Google MMC, 1600 Amphitheatre Parkway, Mountain View, CA 94043, ABŞ.

Veb-sayt: https://marketingplatform.google.com/intl/en/about/analytics/;

Məxflik siyasəti: https://policies.google.com/privacy; Məlumatları  emalı üçün razılaşma: https://business.safety.google/adsprocessorterms/;Daha çox məlumat: Emal edilmənin növləri və emal edilmiş məlumat: https://privacy.google.com/businesses/adsservices

Google reklam məhsulları üçün məlumatların emal edilməsi üçün şərtlər və üçüncü ölkələrə məlumat ötürülməsi üçün standart müqavilənin müddəaları: https://business.safety.google/adsprocessorterms.

Sosial şəbəkə profilləri (Sosial Media)

Biz sosial şəbəkələrdə onlayn mövcudluğumuzu davam etdiririk və bu minvalla, oradakı aktiv olan istifadəçilərlə ünsiyyət yaratmaq və ya onlara özümüz haqqında məlumat vermək məqsədilə istifadəçi məlumatlarını emal edirik.

İstifadəçi məlumatlarının Avropa İttifaqının hüdudlarından kənarda emal edilə biləcəyini vurğulamaq istərdik. Bu, məsələn, istifadəçi hüquqlarının təmin edilməsini çətinləşdirmək kimi istifadəçilər üçün risklər ehtiva edə bilər. Bununla yanaşı, istifadəçi məlumatları tez-tez bazar araşdırması və reklam məqsədləri üçün sosial şəbəkələr vasitəsilə emal olunur. Məsələn, istifadəçinin davranışları və istifadəçinin müvafiq maraqları əsasında istifadəçi profilləri yaradıla bilər. Daha sonra istifadəçi profilləri, məsələn, istifadəçilərin maraqlarına uyğun olduğu təxmin edilən şəbəkələrin daxilində və xaricində reklam məqsədilə istifadə oluna bilər. Bu məqsədlər üçün istifadəçinin davranışlarına və maraqlarına uyğun məlumatların saxlanıldığı kompüterində kukilər saxlanılır. Həmçinin, istifadəçilər tərəfindən istifadə olunan cihazlardan asılı olmayaraq (ələxsus da istifadəçilər müvafiq şəbəkələrin üzvləridirsə və ya sonradan üzv olacaqlarsa) məlumatlar istifadəçi profillərində saxlanıla bilər.

Xahiş edirik ki, müvafiq emal əməliyyatlarının detallı təsviri və imtina seçimləri üçün müvafiq məlumatların qorunması bəyannaməsinə və müvafiq şəbəkə provayderləri tərəfindən təqdim edilən məlumatlara nəzər salın.

Eyni zamanda, məlumat tələbləri və müvafiq məlumat subyektlərinin hüquqlarının təmin olunması halında, bunlar təminatçılarla ən effektiv şəkildə həyata keçirilə bilər. Sadəcə təminatçılar istifadəçi məlumatlarına daxil ola, lazımı ölçüləri götürə və məlumatla təmin edə bilərlə. Hələ də köməyə ehtiyacınız varsa, lütfən bizimlə əlaqə saxlamağa çəkinməyin.

  • Emal edilmiş məlumatların növləri: Əlaqə məlumatları (məsələn, e-poçt, telefon nömrələri); Məzmun məlumatları (məsələn, mətn girişo, şəkillər, videolar); İstifadə məlumatları (məsələn, ziyarət edilən veb-saytlar, məzmuna maraq, daxil olma vaxtları); Meta/əlaqə məlumatları (məsələn, cihaz məlumatı, IP adresləri).
  • Məlumat subyektləri: istifadəçilər (məsələn, veb-sayt ziyarətçiləri, onlayn xidmətlərin istifadəçiləri).
  • Emal edilmə məqsədləri: Əlaqə qurmaq tələbləri və ünsiyyət; Rəy (məsələn, onlayn forma vasitəsilə rəy toplamaq); Marketinq.
  • Hüquqi baza: Qanuni maraqlar ( Maddə 6 (1) (f) ÜMQQ).

Məlumatların emal edilməsi üsulları, prosedurları və xidmətləri haqqında əlavə  məlumat:

Instagram: Sosial şəbəkə; Xidmət təminatçısı: Instagram Inc., 1601 Willow Road, Menlo Park, CA, 94025, ABŞ; Veb-sayt: https://www.instagram.com

Gizlilik Siyasəti: https://instagram.com/about/legal/privacy.

Facebook səhifələriFacebook sosial şəbəkəsində profillər- Biz Meta Platforms İrlandiya Limited ilə birgə (“birgə nəzarətçi”adlanır)  Facebook səhifəmizə girən ziyarətçilərin məlumatlarının toplanması (lakin daha sonra məlumatların emal edilməsi daxil deyil) üçün məsuliyyət daşıyırıq. Bu məlumatlara istifadəçilərin baxdığı və ya qarşılıqlı əlaqə qurduqları məzmunun növləri və ya atdıqları addımlar (Facebook-un Məlumat Siyasətində sizin və başqalarının etdikləri və təmin etdikləri:https://www.facebook.com/policy), həmçinin istifadəçilərin istifadə etdiyi cihazlar haqqında məlumat (məsələn, IP adresləri, əməliyyat sistemi, brauzer növü, dil parametrləri, kukilər haqqında məlumat. Facebook-un Məlumat Siyasətində “Cihaz Məlumatı”nı nəzərdən keçirin: https://www.facebook.com/policy) daxildir. 

Facebook Məlumat Siyasətində “Biz bu məlumatdan necə istifadə etməliyik?” bölməsində təsvir olunduğu kimi Facebook həmçinin sayt istifadəçilərinə öz səhifələri və əlaqəli kontentlərlə necə qarşılıqlı əlaqədə olduqlarını anlamağa kömək etmək məqsədilə “səhifə statistikası” kimi bilinən analitik xidmətləri təqdim etmək üçün məlumat toplayır və istifadə edir. Bizim Facebook

(“Səhifənin Statistik Məlumatları”: https://www.facebook.com/legal/terms/page_controller_addendum)

ilə Facebook-un riayət etməli olduğu təhlükəsizlik tədbirlərini və Facebook müvafiq şəxslərin hüquqlarını yerinə yetirməyə razı olduğunu göstərən (yəni istifadəçilər daxil olma və ya məlumatları silməklə bağlı tələbləri birbaşa Facebook-a göndərə bilərlər) xüsusi müqaviləmiz var. Facebook maraqlı tərəflərin hüquqlarını həyata keçirməyə razılaşıb  İstifadəçilərin haqları (xüsusən də məlumat əldə etmək, silmək, səlahiyyətli nəzarət qurumuna etiraz və şikayət vermək) Facebook ilə müqavilələrlə məhdudlaşmır. Ətraflı məlumat üçün “Səhifənin Statistik Məlumatı” bölməsinə nəzər salın. (https://www.facebook.com/legal/terms/information_about_page_insights_data); Xidmət təminatçısı: Meta Platforms İrlandiya Limited, 4 Grand Canal Meydanı, Grand Canal Harbour, Dublin 2, İrlandiya; 

Veb-sayt: https://www.facebook.com

Gizlilik Siyasəti: https://www.facebook.com/about/privacy; Standart müqavilə şərtləri (Üçüncü ölkələrdə məlumatların emal edilməsi zamanı məlumatların mühafizəsi səviyyəsinin təmin edilməsi): https://www.facebook.com/legal/EU_data_transfer_addendum

Daha çox məlumat üçün: Birgə Nəzarət Müqaviləsi https://www.facebook.com/legal/terms/information_about_page_insights_data

Plaginlər, yerləşdirilmiş funksiyalar və məzmun

Onlayn xidmətlərimizin bir hissəsi olaraq, biz müvafiq təminatçıların (bundan sonra “üçüncü tərəf təminatçıları”adlandırılacaq) serverlərindən əldə edilmiş funksional və məzmun elementlərinin bir-birlərinə inteqrasiyasını təmin edirik. Bura məsələn, qrafiklər, videolar və ya şəhər xəritələri (bundan sonra bərabər şəkildə “Məzmun” adlandırılacaq) aid ola bilər.

İnteqrasiya deyiləndə həmişə hesab edilir ki, bu məzmunun üçüncü tərəf təminatçıları istifadəçinin IP adresini emal edirlər, çünki IP adresi olmadan onlar məzmunu öz brauzerlərinə göndərə bilməyiblər. Bunun üçün də bu məzmunu və ya funksionallığı çatdırmaq üçün IP adresi tələb olunur. Məqsədimiz yalnız müvafiq təminatçıların məzmunu yaymaq üçün yalnız IP adresindən istifadə etdikləri məzmundan istifadə etməkdir. Bununla yanaşı, üçüncü tərəflər həmçinin statistik və ya marketinq məqsədilə piksel etiketlərindən (görünməyən qrafika, həmçinin “internet göstəriciləri” kimi tanınır) istifadə edə bilərlər. “Piksel etiketkəri” bu veb-saytların səhifələrində ziyarətçi hərəkətliliyi kimi məlumatları dəyərləndirmək üçün istifadə edilə bilər. Təxəllüslər haqqında məlumatlar, həmçinin istifadəçinin cihazındakı kukilərdə saxlanıla bilər və brauzer, əməliyyat sistemi, istinad edilən veb-saytlar, ziyarət vaxtları və veb-saytımızın istifadəsi ilə bağlı digər məlumatları, habelə bu cür məlumatlara başqa məlumatlardan daxil olmaq haqqında texniki məlumatları əhatə edə bilər. 

Hüquqi baza ilə bağlı məlumat:  Əgər istifadəçilərdən razılıq  (məsələn, “kuki simvolu razılığı” kontekstində) tələb etsək, bu məlumatların emalı üçün qanuni razılıq hesab oluanacaq. Əks təqdirdə, istifadəçi məlumatları qanuni maraqlarımıza (yəni onlayn xidmətlərimizin təhlili, optimallaşdırılması və iqtisadi fəaliyyətinə olan marağımız)  əsasında emal ediləcək. Biz sizi gizlilik siyasətimizdə kuki haqqında qeydlərə yönləndiririk.

  • Emal edilmiş məlumatların növləri: İstifadə məlumatları (məsələn, ziyarət edilən veb-saytlar, məzmuna maraq, daxil olma vaxtı); Meta/əlaqə məlumatları (məsələn, cihaz məlumatı, IP adresləri); Ehtiyat məlumatları (məsələn, adlar, adreslər); Əlaqə məlumatları (məsələn, e-poçt, telefon nömrələri); Məzmun məlumatları (məsələn, mətn daxil edilməsi, şəkillər, videolar).
  • Məlumat subyektləri: İstifadəçilər (məsələn, veb-sayt ziyarətçiləri, onlayn xidmətlərin istifadəçiləri).
  • Emal edilmə məqsədləri: Onlayn xidmətlərimizin və istifadənin təmin edilməsi
  • Hüquqi baza: Razılaşma (maddə 6 (1) (a) ÜMQQ); Müqavilənin yerinə yetirilməsi və öncəki tələblər (Maddə 6 (1) (b) ÜMQQ); Qanuni maraqlar (Maddə 6 (1) (f) ÜMQQ).

Məlumatların emal edilməsi üsulları, prosedurları və xidmətləri haqqında əlavə  məlumat:

YouTube videoları: Video məzmunları; Xidmət təminatçısı: ana şirkət: Google İrlandiya Limited, Gordon House, Barrow küç, Dublin 4, İrlandiya, Google MMC, 1600 Amphitheatre Parkway, Mountain View, CA 94043, ABŞ; 
Veb-sayt : https://www.youtube.com

Gizlilik siyasəti: https://policies.google.com/privacy

İmtina: İmtina plagini: https://tools.google.com/dlpage/gaoptout?hl=en,  Reklamların nümayişi üçün parametrlər: https://adssettings.google.com/authenticated.

Gizlilik Siyasətinə dəyişikliklər və aktuallaşdırma

Sizdən xahiş edirik ki, məlumatların qorunması bəyannaməsinin məzmunu barədə müntəzəm məlumat verəsiniz. Biz gizlilik siyasətimizi yeniləyəcəyik çünki məlumatların emal edilməsi ilə bağlı təcrübələrimizdəki dəyişiklik buna vadar edir. Dəyişikliklər sizinlə əməkdaşlığı (məsələn, razılığınızı almaq kimi) və ya digər fərdi qeydləri tələb edərsə sizə məlumat verəcik.

Bu gizlilik siyasətində şirkətlərin və təşkilatların adreslərini və əlaqə məlumatlarını təqdim etsək, xahiş edirik nəzərə alın ki, adreslər zamanla dəyişə bilər və bizimlə əlaqə saxlamadan öncə məlumatları yoxlayın.

Məlumat subyektlərinin haqları

Məlumat subyekti kimi sizin ÜQMM-ə uyğun bir neçə hüququnuz var, xüsusən də ÜQQM-nin 15-21-ci maddələrində irəli sürülən hüquqlar:

  • Etiraz etmək hüququ: Konvensiyanın 6(1) maddəsinin (e) və ya (f) yarımbəndlərinə əsaslanaraq, konkret vəziyyətinizdən irəli gələn səbəblərə görə istənilən vaxt şəxsi məlumatlarınızın emalına, o cümlədən bu müddəalara əsaslanan profil yaradılmasına etiraz etmək hüququnuz var. Əgər şəxsi məlumatlar birbaşa marketinq məqsədləri üçün emal edilirsə, sizin haqqınızda şəxsi məlumatların bu cür marketinq məqsədləri üçün emal edilməsinə istənilən vaxt etiraz etmək hüququnuz var, bu şərtlə ki, bu birbaşa marketinq, o cümlədən profilləşdirmə ilə bağlı olsun.
  • Razılaşmanı ləğv etmək hüququ: İstənilən vaxt razılaşmanı ləğv etmək hüququnuz var.
  • Daxil olma hüququ: Sizin qeyd olunan məlumatların emal edilib-edilməyəcəyinin təsdiq edilməsini tələb etmək və bunun haqqında məlumat almaq, həmçinin Razılaşmanın tələblərinə uyğun şəkildə əlavə məlumat və məlumatların surətini almaq hüququnuz var. 
  • Düzəliş etmək hüququ: Qanuna uyğun şəkildə, sizin haqqınızdakı məlumatların yerləşdirilməsi və ya sizin haqqınızda qeyri-dəqiq məlumatların düzəldilməsini tələb etmək hüququnuz var.
  • Silmək hüququ və məlumatın emalının məhdudlaşdırılması hüququ: Qanunun tələblərinə uyğun şəkildə, müvafiq məlumatların dərhal silinməsini tələb etmək və ya alternativ olaraq qanunların tələblərinə uyğun şəkildə məlumatların emal edilməsini məhdudlaşdırmaq hüququnuz var. 
  • Məlumatların ötürülməsi hüququ: Qanunla müəyyən edilmiş müddəalara əsasən, sizin haqqınızda strukturlaşdırılmış, çox istifadə olunan və cihaz tərəfindən oxuna bilən formatda bizə təqdim etdiyiniz məlumatları almaq və ya onun başqa nəzarətçiyə göndərilməsini tələb etmək hüququnuz var.
  • Nəzarət qurumuna şikayət hüququ: Qanunun tələblərinə uyğun şəkildə və hər hansı digər inzibati və ya hüquqi vasitələrə zərər vermədən, məlumatların mühafizəsinə nəzarət qurumuna, xüsusilə də haqqınızda olan şəxsi məlumatların emal edilməsinin ÜMQQ-ni pozduğuna inanırsınızsa, yaşadığınız üzv dövlətindəki nəzarət orqanına, iş yerinizdə nəzarət orqanına və ya iddia edilən pozuntunun olduğu yerdəki nəzarət orqanına şikayət etmək hüququnuz var.

Terminologiya və Təriflər

Bu bölmədə gizlilik siyasətində istifadə olunan terminlərə ümumi baxış təqdim olunur. Terminlərin bir çoxu qanundan götürülüb və əsasən ÜMQQ-nin 4-cü maddəsində qeyd olunub. Hüquqi təriflər əlaqələndirmə xüsusiyyət daşıyıq. Aşağıdakı izahatlar ilk növbədə açıqlama məqsədi daşıyır. Terminlər əlifba sırası ilə verilmişdir.

  • Nəzarətçi: “Nəzarətçi” şəxsi məlumatların emalının məqsəd və vasitələrini fərdi və ya digərləri ilə birlikdə müəyyən edən fiziki və ya hüquqi şəxs, dövlət orqanı, qurum və ya digər orqanlar anlamına gəlir.
  • Şəxsi məlumatlar: “şəxsi məlumatlar” müəyyən edilmiş və ya müəyyən edilə bilən fiziki şəxs (“məlumat subyekti”) ilə bağlı hər hansı məlumat anlamına gəlir; müəyyən edilə bilən fiziki şəxs, xüsusən də ad, şəxsiyyət vəsiqəsi nömrəsi, yer məlumatları, onlayn identifikator və ya həmin şəxsin fiziki, fizioloji, genetik, əqli, iqtisadi, mədəni və ya sosial kimliyi kimi bir və ya bir neçə faktora bağlı olaraq birbaşa və dolayı yolla müəyyən edilə bilər.
  • Emal etmə: “Emal etmə” termini toplanması, dəyərləndirilməsi, saxlanması, ötürülməsi və ya silinməsi kimi, geniş spektri və faktiki olaraq hər hansı bir məlumat emal edilməsini ehtiva edir.
  • İstifadəçi məlumatlarının olduğu profillər: “istifadəçi məlumatlarının olduğu profillər” və ya qısaca “profillər”in emalı müəyyən şəxsi aspektləri təhlil etmək, qiymətləndirmək və ya proqnozlaşdırmaq üçün istənilən növ şəxsi məlumatların (profilin növündən asılı olaraq, buna demoqrafik göstərici, davranış və maraqlarla bağlı müxtəlif məlumatlar, məsələn, veb-saytlar və onların məzmunu aid ola bilər. Məsələn, veb-saytda və ya başqa bir yerdə müəyyən məzmun və ya məhsullar üçün maraqlar, kukilər və veb göstəricilər tez-tez profil yaratmaq məqsədilə istifadə olunur) avtomatik emal edilməsini əhatə edir. 
  • Veb təhlili: “Veb təhlili” ziyarətçilərin onlayn xidmətlərdən istifadə edərkən hərəkətliliyini ölçmək üçün istifadə olunur və veb-saytların məzmunu kimi müəyyən məlumatlarla qarşı davranışlarını və ya bunlarla bağlı maraqlarını ortaya çıxara bilər. Məsələn, veb-təhlilin köməyi ilə veb sayt sahibləri ziyarətçilərin veb-saytlarına  daxil olduqları vaxtı və hansı məzmunla maraqlandıqlarını müəyyən edə bilərlər. Məsələn, bu ziyarətçilərinin ehtiyaclarını daha yaxşı qarşılamaq üçün veb-saytın məzmununu optimallaşdırmağa imkan yaradır. Veb təhlili məqsədləri üçün, təxəllüsü olan kukilər və veb göstəricilərdən tez-tez geri qayıdan ziyarətçiləri müəyyən etmək və beləliklə, onlayn xidmətdən istifadənin daha dəqiq təhlilini aparmaq üçün istifadə olunur.