Təkər altında qalan qanun (VİDEO)

Bakıda ilk Avropa Oyunları keçiriləcəyi xəbərindən sonra ölkədə qadağa seli başladı. Bu qadağalar


toy və yas mərasimlərinin keçirilməməsindən tutmuş


mərkəzi küçələrdəki binaların eyvanından paltar asmamağa kimi fərqlidir.


Qadağalar ictimaiyyət arasında narazılıq yaratsa da, böyük etirazlar doğurmadı. 31 may tarixində isə ekspertlərin absurd hesab etdiyi növbəti qadağa tətbiq edilməyə başladı.


Rayon nömrəli avtomobillərin Bakıya girişi qadağan edildi


. Belə ki, iyunun 1-dən etibarən rayon nömrəli avtomobillərin paytaxta girişinə məhdudiyyət qoyulacaq. Onların saxlanması üçün xüsusi şəhər kənarında müvəqqəti meydançalar da yaradılıb. Bundan başqa, yük avtomobillərinin də Bakıya girişinə məhdudiyyətlər tətbiq olunacaq. Bunu Baş Dövlət Yol Polisi idarəsinin ictimayətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Hüquqşünas Ələsgər Məmmədliyə görə isə sözügedən qadağa diskriminasiyadır. Bu şəhər əhalisi ilə rayon əhalisini bir- birindən ayırmaqdır. Tətbiq edilən qadağa Konstitusiyanın 25-ci maddəsində göstərilən hər kəsin qanun qarşısında bərabərdir prinsipinin kobud şəkildə pozulmasıdır.

Ələsgər Məmmədli əlavə edir ki, bu tip qadağalar zamanı nə konstitusiyanın müvafiq normasına, nə də buna uyğun qanunvericiliyə istinad olunmur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, bu qadağanı anlayışla qarşılayaq. İdman yarışlarına görə bu tip qadağalar normaldır və bu məhdudiyyətlərdən çıxış yolları axtarmaq lazımdır. Ekspert həmin çıxış yollarını da göstərir.

Rayon qeydiyyat nömrəli avtomobillərin Bakıya girişini qadağan edən polislər də məsuliyyət daşıyacaq. Bunu isə hüquqşünas deyir.

Qanunla qadağan olunmayan hər şey sərbəstdir. Məhdudiyyətlər qanun çərçivəsində olmayanda isə ölkənin hüquqi olduğuna şübhə edilir. Şübhə edilməyən tək şey isə olimpiada ilə bağlı olan bu qadağanın sonuncu olmayacağıdır.

Avropa Oyunları ilə bağlı MeydanTV-nin hazırladığı digər sujetlər:

Bəxtiyar Hacıyevlə müsahibə –


“Siyasi məhbusları azad edib, Avropa Oyunlarına kölgə salmağın qarşısını almaq olar”

Sorğu –


Bakıya gələn turistlər Azərbaycan haqqında nəyi bilməlidirlər?

Həyat hekayəsi –


Bakı Olimpiya Stadionuna vaqondan baxan ailə

Sorğu –


Avropa oyunlarına baxmağa gedəcəksiniz?

Ana səhifəVideoTəkər altında qalan qanun (VİDEO)