Olimpiya oyunları ərəfəsində Bakıda toy və yas mərasimlərinə qoyulan qadağaya münasibətiniz?

Avropa Yay Oyunları keçirilən zaman Bakıda yas mərasimləri keçirilməyəcək. Nəqliyyatın hərəkətinə mane ola biləcəyi üçün küçə və yollarda yas mərasimləri ilə bağlı çadırların qurulmaması tövsiyə olunur. Belə ki, yas mərasimləri keçiriləndə paytaxtda tıxac yaranır və nəqliyyatın hərəkitnə mane olur. Bu məlumatı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da təsdiqləyib. O bildirib ki, yasların mərasim zallarında keçirilməsi tövsiyə olunur. Onun sözlərinə görə, Avropa Oyunları zamanı paytaxt yollarında yas çadırlarının qurulması mümkünsüz olacaq.

Avropa Yay Oyunları günlərində Bakıda tıxacların aradan qaldırılması, şəhərdə sıxlığın qarşısının alınması üçün yarış günlərində paytaxtın şadlıq saraylarında toyların keçirilməsinə də icazə verilməyəcək. Şadlıq saraylarına iyunun 12-dən 28-dək toy mərasimi sifarişi qəbul etməmək barədə xəbərdarlıq olunub. Yarışmanın başa çatmasından bir neçə gün sonra isə Ramazan ayı daxil olacaq.

Ana səhifəVideoOlimpiya oyunları ərəfəsində Bakıda toy və yas mərasimlərinə qoyulan qadağaya münasibətiniz?