Avropa oyunlarına ayrılan pullar nələrə xərclənə bilərdi? Meydan TV bu barədə Bakı sakinlərinin fikrini öyrəndi. Cavabların bir neçəsini təqdim edirik:
– Səhiyyəyə xərcləsəydilər, daha yaxşı olardı. Elə xəstələr var ki, müalicə almağa pulları çatmır.
– Mən hesab edirəm ki, çox gözəl siyasətdir və nəticəsi də yaxşı olacaq.
– Dəmir yolunda işləyən fəhlələrə xərcləmək olar. Füzulidən bura işləməyə gəlmişik . 200-500 AZN maaş verir.
O da bizi qane eləmir.
– Nə əhəmiyyəti var ki, hamısı çölə tökülmüş pullardır. Camaat bu ayın maaşını növbəti aya çatdıra bilmir.