İlham Əliyev yenə prezidentliyə namizəd oldu

Prezidentin vədləri və reallıqlar

Source:


Prezidentin vədləri və reallıqlar

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi hazırkı dövlət başçısı İlham Əliyev olacaq.

Bunu YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında

bildirib

.

Azərbaycanda prezident seçkisi oktyabrın 17-də keçiriləcək. Bu, İlham Əliyevin namizəd kimi qatıldığı 4-cü seçki olacaq.

Əli Əhmədov Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin qələbəsinə YAP gənclərinin də töhfə verəcəyinə inandığını vurğulayıb.

İlham Əliyev 1999-cu ildən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, 2001-ci ildə YAP-ın ikinci konqresində isə YAP sədrinin birinci müavini seçilib. 2005-ci ilin martın 26-da isə YAP-ın sədri olub.

Gələcəyə 10 addım

Neftlə zəngin ölkəni atası Heydər Əliyevdən qəbul edən İlham Əliyevin adı daha çox ailəsinin qazandığı bizneslə, avtoritarlığı və qurmağa çalışdığı diktatura rejimi ilə hallanıb.

İlham Əliyev sonuncu seçkidə – 2013-cü ildə seçki platformasını açıqlayarkən “gələcəyə 10 addım” adı altında görüləcək işləri

sadalamışdı

.

Təhlillər göstərir ki, ötən 5 il ərzində Azərbaycan istər iqtisadi, istər də insan haqları baxımından geriyə

gedib:

Rəsmi məlumatlarda da bildirilir ki, təkcə 2004-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı məqsədilə bütün mənbələrdən 50 milyard 700 milyon manat vəsait sərf edilib (həmin dövr üçün təxminən 60 milyard dollara yaxın). 2014-cü ildə əlavə olaraq, 4,5, 2015-ci ildə 3,6, 2016-ci ildə isə 4 milyard manat vəsait ayrılıb. İqtisadçı Qubad İbadoğlu deyir ki, bu, kifayət qədər böyük vəsaitdir. Buna baxmayaraq, bölgələrdə nəinki inkişaf gedib, işsizlik, yoxsulluq yüksək həddədir:

“62,8 milyard manat vəsait nə deməkdir? 66 rayonun hər birinə orta hesabla təxminən 1 milyard vəsaitdir. 1 milyard 13 il ərzində bir rayonun nəinki inkişafı, hətta onun çiçəklənməsi, şəhərə çevrilməsi üçün kifayət idi. Xərclənən vəsaitlərin hesabına ən çox qazanan dövlət büdcəsi olmalı idi. Ancaq 2018-ci ilin büdcəsində yerli gəlirlər 3,23 faizdir. 2018-ci ilin dövlət büdcəsinə yerli vergilər hesabına 650 milyon manat daxil olması proqnozlaşdırılır. Bu pul 62,8 milyard manat vəsaitin 1,3 faizidir. Təsəvvür edin, biz 62 milyard vəsait qoyduq, ancaq bu gün həmin vəsaitin cəmi 1 faizi vergi şəklində geri dönüb”.

Ölkədəki vəziyyət pisliyə doğru dəyişsə də, Əliyevlərin biznesinin “inkişafı” dünya mətbuatının gündəmindən

düşməyib

.

Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi​nin yeni araşdırmasına görə Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar və onların dayısı oğlanları Mircəlal və Mircamal Paşayevlər Londonda milyonlarla dollarlıq mülklərin

sahibidirlər

.

Yoxsulluq və işsizlik

“Gələcəyə 10 addım”dan 2-cisi: “Yoxsulluq və işsizlik aradan qaldırılacaq, əhalinin sosial müdafiə sistemi ən qabaqçıl standartlara uyğunlaşdırılacaq”.

Bu vəd də özünü doğrultmadı. 2015-ci ildə baş verən 2 devalvasiya nəticəsində minlərlə insan iş yerini itirdi, əhali yoxsulluq və işsizlikdən əziyyət çəkməyə başladı.

İqtisadiyyat Nazirliyinin 1 sentyabr, 2017-ci ilə olan statistikasında deyilir ki, işsizlik status ilə qeydiyyata alınmış insanların sayı cəmi 36.300-dür.

Dövlət Statistika Komitəsinin 2017-ci ilin dekabrına olan məlumatına görə isə 17.600 insan işsizlik statusu alıb, onların yalnız 2.500-ü müavinət ala

bilir

.

Araşdırmalar isə göstərir ki, xalq devalvasiyadan itirsə də, Əliyevlər bundan da qazanc

götürüb

.

İnfrastruktur layihələr

3-cü vəd: “Nəhəng infrastruktur layihələri başa çatdırılacaq, ölkəmiz Şərqlə Qərb arasında mühüm nəqliyyat, loqistika və ticarət mərkəzinə çevriləcək”.

Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development – EBRD) İdarə Heyəti oktyabrın 18-də Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin maliyyələşməsi üçün Azərbaycana 500 milyon dollar kredit

ayırıb

. Bu layihənin hələ 2020-ci ildə reallaşdırılacağı deyilir.

Hələliksə əhali qazın istisinə qızına

bilmir

.

Neft gəlirlərinin axdığı zamanlarda ölkədə yaşanan inşaat bumu da hazırda səngiməkdədir. Əvəzində isə yeni araşdırmalar Əliyevlərin varidatının artdığını ortaya

qoyur

.

4-cü addım: “Regionlarda mövcud problemlər öz həllini tapacaq, bölgələrlə paytaxtın inkişafı arasında tarazlıq tam bərqərar olacaq”.

Təhlillər isə göstərir ki, işsizlik ucbatından xüsusən gənclər regionlardan Bakıya və digər ölkələrə axın edib. Regionlarda işsizlik və intihar halları diqqət

çəkir

.

Biznesin inkişafı, yoxsa çöküşü?

İlham Əliyevin vədlərindən daha biri: “Biznesin inkişafına maneçilik törədən neqativ hallar tam aradan qaldırılacaq, orta və kiçik sahibkarlığa dövlət dəstəyi əhəmiyyətli dərəcədə gücləndiriləcək”.

2015-ci ildə ölkədə iki devalvasiyasından sonra manat iki dəfə dəyər itirib.

2016-cı ildə ölkədə ümumilikdə 11 bankın lisenziyası ləğv edilib. 2017-ci ildə “Caspian Development Bank” və “Atabank” konsolidasiya olaraq “Atabank” adı ilə fəaliyyət göstərir. 2017-ci ilin dekabrında “Dəmirbank”ın lisenziyası ləğv

edilib

. Ölkədə yalnız Əliyevlərə aid olan bankların durumu

stabildir

.

Araşdırmalara görə, Əliyevlər 2016-cı ildə bu banklardan 82 milyon ABŞ dollarından çox gəlir götürüblər. Ümumilikdə isə Azərbaycanın bank sektoru ötən il 960 milyon dollar

itirib

.

Son 3 ildə dünyanın ən iri şirkətləri Azərbaycandakı ofisini

bağlayıb

.

Ordu quruculuğu

İlham Əliyevin vədlərindən biri də elm və təhsilin inkişafı ilə bağlıdır ki, ekspertlər burada da vəziyyətin qənaətbəxş olmadığını deyirlər.

Ordu quruculuğu, müasir, güclü ordu sisteminin formalaşdırılacağı da verilən vədlər sırasındadır. Ancaq ötən illər ərzində Azərbaycan ordusu daha çox döyüşmədən ölən, intihar edən əsgərlərin sayı ilə gündəmə

gəlib

.

2016-cı ilin aprel döyüşləri zamanı həlak olan əsgərlərin belə sayı gizlədildi.

İnsan haqları və vədlər

İlham Əliyevin vədləri arasında sonuncu yeri demokratik inkişaf, siyasi plüralizm, insan hüquq və azadlıqları tutur. Prezident deyir ki, bunlar etibarlı müdafiəsi cəmiyyət həyatının normasına və dönməz prinsipinə çevriləcək.

İlham Əliyev üçün sonuncu yerdə duran bu məsələ də elə onu dünya mətbuatının gündəmindən salmır. Beynəlxalq təşkilatlar və media hesab edir ki, İlham Əliyev məhz insan hüquqları pozuntularını yumşaltmaq üçün ölkədə müxtəlif yarışlar, oyunlar

keçirir

.

2015-ci ildən başlayaraq, ölkədə müstəqil mediaya, vətəndaş cəmiyyətinə total hücumlar başladı, ictimai çəkisi olan jurnalistlər, hüquq müdafiəçiləri, QHT rəhbərləri həbs edildi. Vətəndaş cəmiyyətinin onlarla üzvü mühacirətə üz tutdu.

Əziyyət çəkənlər arasında dini kəsimin nümayəndələri də var. Hüquq-mühafizə orqanlarının 2015-ci ildə Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı və ondan sonra həbs olunan onlarla dindar işgəncələrə məruz qaldığını, şərləndiyini

deyir

.

Beynəlxalq təşkilatların hesabatlarında İlham Əliyev “avtoritar lider” kimi təqdim

edilir

. Amerikalı müəllif Brian Klass “Zalımın şagirdi” adlı yeni kitabında Azərbaycandakı seçki saxtakarlığından yazıb. Müəllif seçkinin saxtalaşdırıldığı ölkələr arasında Azərbaycanın da adını

çəkib

.

“2013-cü ildə Azərbaycanın diktatoru İlham Əliyev səsvermə günündən bir gün əvvəl təsadüfən seçki nəticələrini iPhone appində (tətbiqində) açıqladı”.

2018-ci ildə, ilk dəfə olaraq prezident 7 il müddətinə seçiləcək. Buna qədər Azərbaycanda prezidentlik müddəti 5 il idi.

Ana səhifəXəbərlərİlham Əliyev yenə prezidentliyə namizəd oldu