Donald Trampdan yazılmış kitabda İlham Əliyev diktator adlandırılıb

Amerikalı müəllif Azərbaycandakı seçki saxtakarlığından yazdı

Source:
İlham Əliyev
İlham Əliyev

Amerikalı müəllif Azərbaycandakı seçki saxtakarlığından yazdı

Brian Klass “Zalımın şagirdi” adlı yeni kitabında Donald Trampın demokratiyaya və mətbuata hücumundan, qanunun aliliyinə zərbə vurmasından, hökumət vəzifələrini ailə üzvləri və dostları arasında bölüşdürməsindən, demokratiyanın normalarını pozmasından bəhs edir. Müəllif dünyada avtoritar rejimlərin seçicilərə necə təsir etməsindən bəhs edərək bu üsulun ABŞ-da da tətbiqinin ABŞ demokratiyası üçün təhlükə yaratdığını xüsusilə vurğulayır.

Müəllif seçkinin saxtalaşdırıldığı ölkələr arasında Azərbaycanın da adını çəkib:

“2013-cü ildə Azərbaycanın diktatoru İlham Əliyev səsvermə günündən bir gün əvvəl təsadüfən seçki nəticələrini iPhone appində (tətbiqində) açıqladı” -deyə müəllif kitabında qeyd edir.

Daha sonra yazır:

“2004-cü ildə Ukraynada keçirilən seçkilərində müxalifət partiyasından olan müşahidəçilər bir neçə dəqiqə əvvəl işarələnmiş bülletenlərin birdən boş olduğunu görəndə çox təəccübləndilər. Çünki bu seçicilərə yazıb-pozan qələmlər verildi. Onların qeydləri daha sonra silindiyi üçün etibarsız sayıldı. Çünki onlar, hər hansı bir namizəd üçün verilmiş yox, boş səs sayıldı.

1998-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən bələdiyyə seçkilərində iqtidar partiyası müxalifət namizədi Oleq Sergeyevin seçilməsinə mane olmaq üçün iki nəfər rəqib müəyyən etdi. Onlardan biri təqaüdçü, ikincisi isə santexnik olan Oleg Sergeyev idi. Seçicilər əsas Oleqin hansı olduğunu bilmədi, hər üç namizəd səs topladı və nəticədə əsl namizəd seçkini uduzdu”.

Müəllif əlavə edir ki, diktatorlar daimi bir seçkini saxtalaşdırmaq üçün yeni üsullara əl atır. Amma məqsəd həmişə eynidır: hakim rejimin məğlub olmayacağı bir seçki keçirmək. İşğalçılar hakimiyyətini legitimləşdirmək üçün saxta seçkilər keçirirlər.

Ana səhifəXəbərlərDonald Trampdan yazılmış kitabda İlham Əliyev diktator adlandırılıb