”Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması heç nəyi dəyişməyəcək”

Zərdüşt Əlizadə: ”Hakimiyyət illərdir xalqı üzərində eksperimentlər apararaq ictimai çaşqınlıq yaradır”

Source:


Zərdüşt Əlizadə: ”Hakimiyyət illərdir xalqı üzərində eksperimentlər apararaq ictimai çaşqınlıq yaradır”

Mehriban Əliyevanın Birinci vitse-prezident

təyin

edilməsindən sonra ictimai-siyasi gündəm müxtəlif məsələlərlə müzakirə predmetinə çevrildi. Öncə diqqət paytaxtda və bölgələrdə gənc fəalların, partiya üzvlərinin həbslərinə yönəldi. Fevralın 24-də və 25-də cəbhə bölgəsində

atəşkəs

pozuldu, hər iki tərəf itkilərə məruz qaldı. Fevralın 27-də isə şair Mikayıl Müşfiqin İnşaatçılar prospektindəki abidəsi

götürüldü

və bu olaya prezident İlham Əliyev sərt

reaksiya

nümayiş etdirdi.

Martın 1-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli  pensiya yaşının qaldırılmasını

müsbət

qiymətləndirərək təklifi dəstəklədiyini deyib. Martın 2-də Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə Rusiyanın “KM.ru” saytına “azərbaycanlılara “türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır” – deyə açıqlama verib.

Bütün bunlar sosial şəbəkələrdə belə fikir yaradıb ki, hakim elita 21 fevral sərəncamını ümumi müzakirədən çıxarmaq üçün gündəmi dəyişir.

Siyasi icmalçı Zərdüşt Əlizadə Meydan TV-nin əməkdaşıyla söhbətində vaxtilə səsləndirdiyi  “hakimiyyət illərdir Azərbaycan xalqı üzərində eksperimentlər apararaq ictimai çaşqınlıq yaradır və bununla ictimai rəyin bir məsələyə fokuslanmasının qarşısını ala bilir” – fikrinin üzərində qaldığını bildirib.

Onun sözlərinə görə, bütün olayların ictimai-siyasi və iqtisadi əhəmiyyəti var. Amma son 5 ildə sosial şəbəkələrin gücü insanlarda öz fikirlərini ifadə etmək imkanlarını artırıb:

“Artıq 90-cı illər deyil ki, insanları çaşdırsınlar. Məsələ ondadır ki, yuxarıdakıların yerdəyişməsi aşağıdakılar üçün heç bir əhəmiyyət kəsb etmir. Təsəvvür edin ki, prezident İlham Əliyev xanımı Mehriban Əliyevanı yox, Kamaləddin Heydərovu, yaxud Ziya Məmmədovu təyin etsəydilər, xalq sevinəcəkdimi? Xeyr, heç bir təsir etməyəcəkdi. 21 fevral təyinatı klanlararası narazılıq da yaratmayacaq. Naxçıvanlılar Heydər Əliyevə təşəkkür etməlidir ki, onları Bakıya gətirib deputat, nazir, nazir müavini, şirkət rəhbəri qoydu. Heydər Əliyev olmasaydı, onlar Lənkəran, Quba əhli kimi qalacaqdılar. Ona görə ümummilli liderlərinə şükür etsinlər. Bu mənada klanlararası qarşıdurmadan söhbət gedə bilməz. Nəhayət, Azərbaycan xalqı Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasının ölkədə heç bir iqtisadi-sosial və siyasi dəyişikliyə səbəb olmayacağını bilməlidir. Ölkə əvvəl necə idarə olunurdusa, bundan sonra da o cür davam edəcək”.

Zərdüşt Əlizadə

Z.Əlizadə cəbhə xəttində 24-25 fevral atəşkəsin pozulmasını Ermənistanda apreldə keçiriləcək seçkilərlə əlaqələndirir:

“Sarkisyan bununla erməni cəmiyyətini gərginlikdə saxlamaq istəyir. Ermənistan hakimiyyəti Rusiyanın marionetkasıdır və erməni xalqını bədbəxt ediblər. Erməni xalqına lazım deyildi Qarabağ, bunlar siyasi-maliyyə maraqlarına görə bu oyuna gedib xalqı da fəlakətə sürüklədilər”.

O, Mikayıl Müşfiqin abidəsinin götürülməsini məmur savadsızlığı və tərbiyəsizliyi adlandırıb:

“Bu hərəkəti edənlər manat, avro, məzənnə və dollardan başqa heç nəyi tanımırlar. Ümumiyyətlə, hakim zümrənin hansı kitablar oxuduğunu , hansı ədibləri tanıdığını araşdırsanız dəhşətə gələrsiniz”.

Ana səhifəAnalitika”Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması heç nəyi dəyişməyəcək”