”Müşfiqə qarşı repressiyalar davam edir”



Nazirlik: Mikayıl Müşfiqin heykəli razılığımız olmadan götürülüb

Burada bir neçə gün öncəyə qədər Mikayıl Müşfiqin heykəli var idi. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin  Layihə İdarətmə Qrupunun rəhbəri Valeh İbrahimov ərazidə yolun genişdirilməsi üçün büstün götürüldüyünü deyir.

Mədəniyyət Nazirliyinin açıqlamasına görə, şirkət  şairin abidəsinin götürülməsi ilə bağlı onların razılığını almayıb. Bununla bağlı nazirlik məhkəməyə müraciət edəcək.

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva repressiya şairinin abidəsinin sökülməyinə etiraz edib. O, bu hərəkəti vandalizm, barbarlıq və şairin xatirəsinə təhqir hesab edir. Nərgiz Paşayeva dövlət orqanlarının məsələyə təcili müdaxiləsini və günahkarların cəzalandırılmasını tələb edib.

Repressiya şairi Mikayıl Müşfiqin götürülən abidəsinin yanından keçən sakinlər bu hadisəni pisləyirlər.

Ana səhifəVideo”Müşfiqə qarşı repressiyalar davam edir”