Zibilliyə atılan anım gülləri (VİDEO)

Yanan binadan geriyə küçədə hava alan əşyalar, evinə siyahı ilə keçən sakinlər, yerə qoyulan qərənfillər qalıb. Arabir kimsə gəlib əlindəki qərənfilləri qoymağa yer axtarır. Amma qarşısında polis və qadağanı göstərən qırmızı lenti görür. Güllər yanğın olan binaya çatmır, onun həndəvərində dolaşır. Ya qarşısındakı binanın nərdivanlarında, ya polisin əlində, ya da xadimələrin ovcunda zibil yeşiklərinə çatır. Polislər deyir, “Bura Şəhidlər Xiyabanı deyil”.

Yanan evinin hisini əlində daşıyan sakinlər əşyalarını yük maşınlarına doldurub uzaqlaşırlar. İnsanlar yanğından “Quran” kitabının salamat qalması ilə təsəlli tapırlar. Binanın içi üzündən betər.

Qonşu binanın sakinləri özlərini qorumaq üçün penoplastları doğrayıblar. Əgər icra hakimiyyəti 2 günə binanın üzünü qoparmasa, onlar bunu edəcəklərini deyirlər.

Ana səhifəVideoZibilliyə atılan anım gülləri (VİDEO)