Rusiyanın “ətçəkən maşın” strategiyası ən az 50 min əsgərin ölümünə səbəb olub.
“BBC Rusca”, “Mediazona” və könüllülər 2022-ci ilin fevralından bəri ölənləri sayıb, bu qənaətə gəliblər. Araşdırma müəyyən edib ki, müharibənin ikinci ilində 27 min 300-dən çox Rusiya əsgəri öldürülüb.
Bu, müharibənin ilk ili ilə müqayisədə 25% çox olub. Rusiyanın ələ keçirdiyi kiçik ərazilərə nisbətdə, bu, çox ciddi rəqəm hesab edilir.
Təhlillər Ukrayna şərqində, Rusiya işğalı altındakı Donetsk və Luqanskda ölən əsgərləri ehtiva etmir. Ölən döyüşçülərin azı 2/5-nin Ukraynaya hücumdan əvvəl ordu ilə əlaqəsi olmayıb.