Hər il aprelin 23-də qeyd olunan dünya kitab günü oxumanın önəmini və bilginin gücünü bir daha xatırladır. Kitablarla insanların arasında körpü qurmağı hədəfləyən naşir Şahbaz Xuduoğlu təkərli kitab aksiyası ilə bir ildən çoxdur Azərbaycanın müxtəlif bölgələrində satış həyata keçirib.
Azərbaycan oxucusunun kitablara çatımlılığı nə qədərdir? Bazarda ədəbiyyatları uyğun qiymətə tapmaq olurmu?
2 ildir Elmlər Akademiyasının qarşısında kitab satan naşir Tural İlyas deyir ki, kitabları endirimli qiymətə satmağa çalışırlar.
Qanun Nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu deyir ki, bir kitabın dəyərini müxtəlif faktorlar müəyyənləşdirir. O hesab edir ki, kitabların qiymətini azaltmaq yox, insanların rifahını yaxşılaşdırmaq lazımdır.
2022-ci ildən qüvvəyə minən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda kağız və kitab 18 faiz ƏDV-dən azad olunub.