Toğrul Cuvarlı: Birinci vitse-prezidentin səlahiyyətləri qeyri-müəyyəndir

”Heç yerdə onun funksiyaları yazılmayıb”

Source:


”Heç yerdə onun funksiyaları yazılmayıb”

Yazıçı-ssenarist Toğrul Cuvarlı prezidentin 21 fevral

sərəncam

ını şərh etməkdə çətinlik çəkir. Çünki Birinci vitse-prezidentin səlahiyyətlərinin nədən ibarət olması hələ onun üçün aydın deyil.

Amma o, 2016-cı ilin 26 sentyabrında referendum keçiriləndə nəticənin belə olacağı barədə suala “mümkün variant idi” deyə cavab verib:

“Referendum ərəfəsində bu məsələ müzakirə olunurdu”.

Toğrul Cuvarlı “prezidentin öz xanımını Birinci vitse-prezident təyin etməsi Azərbaycan siyasi tarixində yeni mərhələ sayıla bilərmi” sualını “qəliz” adlandırıb:

“Belə suala necə cavab vermək olar? Dəfələrlə yeni mərhələdən danışmışıq, amma fərqli mənzərə olub. Yeni mərhələ çox ciddi məsələdir. Ona görə mən “yeni mərhələ” ifadəsini istifadə etməzdim”.

Yazıçı siyasətçilərin 21 fevral sərəncamını “monarxiya, ailə hakimiyyəti” adlandırılmasını doğru hesab etmir:

“Monarxiya ənənəvi bir şeydir, əsrlər boyu formalaşır. Əslində, 21 fevral sərəncamı hakim zümrədə olan müəyyən problemlərdən də irəli gələ bilər. Ona görə sərəncamı publisist nöqteyi-nəzərdən qiymətləndirmək istəmirəm. Siz jurnalistlər hadisəyə dəqiq cavab istəyirsiniz, əgər Birinci vitse-prezidentin səlahiyyətləri qeyri-müəyyəndirsə, necə cavab vermək olar? Düzdür, o, sosial məsələlərlə məşğul olacağını söyləyib. Amma heç yerdə onun funksiyaları yazılmayıb”.

Toğrul Cuvarlı “Turan” İA-nin direktoru Mehman Əliyevin 21 fevral sərəncamını islahatların başlanğıcı kimi qiymətləndirməsini “mümkün ehtimal” hesab edib:

“Hər bir hakimiyyətin daxilində ziddiyyətlər olur. Bəzən bu problemi həll etmək üçün ayrı-ayrı qərarlar verilir”.

Prezident İlham Əliyev fevralın 21-də xanımı Mehriban Əliyeva Birinci vitse-prezident təyin edib. Təyinat ölkə daxilində və

xaricdə

müxtəlif baxışları ortaya qoyub. Hakimiyyət

təbliğatçıları

qərarı islahatlar kimi qiymətləndirsələr də, müxalif  siyasilər əksini düşünürlər.

Ana səhifəXəbərlərToğrul Cuvarlı: Birinci vitse-prezidentin səlahiyyətləri qeyri-müəyyəndir