”Səlahiyyəti tək adama verən sistem padşahlığa aparar”

Türkiyəli millət vəkilləri vitse-prezident təyinatını tənqid etdilər

Source:
Mehriban Əliyeva və İlham Əliyev
Mehriban Əliyeva və İlham Əliyev


Türkiyəli millət vəkilləri vitse-prezident təyinatını tənqid etdilər

Türkiyənin hakim partiyası AKP-nin konstitusiya memarlarından olan İstanbullu millət vəkili Burhan Quzu, Mehriban Əliyevanın vitse-prezident təyin edilməsini tənqid edib.

Burhan Quzu
Burhan Quzu

Burhan Quzu mətbuata açıqlamasında bunları deyib: “Deyək ki, prezident xanımını köməkçisi təyin edib, xarici səfərlərə gedəndə də səlahiyyətlərini ona verir, buna əngəl varmı? Onu edən bunu da edər, xoş olmasa da hüquqi baxımdan əngəl yoxdur. Bunun sistemlə də əlaqəsi yoxdur. Prezident respublikası sistemində bunu edən, parlament idarəetməsində də edər. Bu, doğru üsul deyil. “Başqanlıq sistemi gəlsə, bu olacaq, amma indi mümkün deyil” – deyə bir şey yoxdur. Hər modeldə bu cür qohumları vəzifəyə gətirmələr olur, etik də deyil, yanlışdır. Bu, hər sistemdə mümkündür, əgər edəcək olan varsa. Mənə görə xanımını gətirib yardımçısı etmək doğru deyil. Amma buna hüquqda məhdudiyyət yoxdur. Bu misaldan hərəkət edərək başqanlıq sisteminin əleyhinə çıxa bilməzsən”.

Bulent Tezcan
Bulent Tezcan

CHP: Demək istədiyimiz eynən bu idi

İlham Əliyevin xanımı Mehriban Əliyevanı vitse-prezident təyin etməsini CHP də sərt tənqid edib. Cümhuriyyət Xalq Partiyasının sədr müavini Bülənt Tezcan belə deyib:

“Demək istədiyimiz eynən budur. Prezidentlik sistemi, bir prezidentin yaxşı niyyətinə və qərarına buraxılmayacaq qədər vacibdir. Biz bunu dediyimizdə, “Olarmı belə şey?” deyirdilər, amma baxın, keçən il səlahiyyət verildi, bu il vitse-prezident təyin elədi. Demək ki, edilə bilirmiş. “Səlahiyyəti tək adama verən sistem padşahlığa aparar” dediyimizdə, “1923-də bitti” deyirdilər. Atadan oğula keçən sistemdə vərəq üstündə heç bir əngəl yoxdu”.

Övladını da vəzifəyə təyin edər

CHP Qrup Başqan köməkçisi Əngin Altay da bunları deyib: “Sözlə ifadə edə bilməyəcəyimiz və Türkiyənin də başına gələ biləcəyi mümkün olan hadisə burnumuzun dibində baş verdi. “Ərdoğan bunu edər” demirəm, amma bir başqası gəlib burada da övladını vəzifəyə təyin edər”.


Yazı hurriyet.com.tr -də “AK Parti yorumu: Doğru bir şey değil” başlıqla

dərc olunub

Ana səhifəXəbərlər”Səlahiyyəti tək adama verən sistem padşahlığa aparar”