Təhsil haqları qaldırılıb

Bir neçə gün öncə bəzi dövlət və özəl universitetlərdə təhsil haqqı qaldırılıb. Ötən il BDU-nun Hüquq fakültəsi 3800 manat idisə, bu il təhsil haqqı 4300 manata qədər qalxıb. Özəl universitetlərdə ən yüksək qiymət 6500 manatdır. Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, təhsil haqları ilə verilən təhsilin səviyyəsi üst-üstə düşmür. Ekspert deyir ki, devalvasiyadan sonrakı qazanc fərqi abuturiyentin üzərindən həll olunmağa başlayıb.

Xaricdə təhsil üzrə çalışan özəl şirkətin rəhbəri Fuad Hacıyev bildirir ki, Azərbaycan universitetlərinə verilən təhsil haqqı ilə xaricda daha keyfiyyətli təhsil almaq mümkündür.

BDU-dan bildirilib ki, yeni tədris ilində artım cüzi olacaq. Bəzi ixtisaslarda artım təxminən 100-200 manat təşkil edir. Artımın müəyyən dövri tənzimlənmələrlə bağlı olduğu bildirilib.

Bakı sakinlərindən də soruşduq ki, universitetlərdəki təhsil haqları ciblərinə uyğundurmu?

Ana səhifəVideoTəhsil haqları qaldırılıb