Azərbaycanda tez-tez ictimai şəxslərin özəl həyatları paylaşılır. Milli Şuranın sədri Cəmil Həsənlinin qızının görüntüləri, ictimai fəal Nərmin Şahmarzadənin şəxsi məlumatları gündəm mövzusuna çevrilib. İnsan hüquqları müdafiəçisi Səməd Rəhimli deyir ki, şəxsi həyat hüququnun praktikada tətbiqi üçün hüquq-mühafizə orqanlarının fəaliyyəti dəqiqləşdirilməlidir. Bütün bunların təmin olunması üçünsə siyasi iradə şərtdir.