Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 15-ci günü – yenilənən xəbərlər

Ukrayna. Foto: Evgeniy Maloletka

Peskov: “Ölkəmizə qarşı belə iqtisadi müharibə heç vaxt olmayıb”

“Vəziyyət tamamilə misilsizdir. Ölkəmizə qarşı belə iqtisadi müharibə heç vaxt olmayıb. Ona görə də nəyisə proqnozlaşdırmaq çox çətindir”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, indi proqnoz vermək yox, hərəkətə keçmək lazımdır ki, mənfi nəticələri və gələcək riskləri minimuma endirmək mümkün olsun:

Dmitri Peskov, Foto: ID1974/shutterstock

“İndi nəyisə proqnozlaşdırmaq tamamilə naşükür bir işdir və bu, daha çox qəhvə meydançasında təxmin etməyə bənzəyir”.

İnflyasiyanın artması ilə əlaqədar qiymətlərin dondurulması ehtimalına gəlincə, D.Peskov bu sualı cavabsız buraxıb: “Bizim hökumətdə qərargahımız var, ona Baş nazir Mixail Mişustin rəhbərlik edir. Sabitləşmə üçün lazım olan hər şey ediləcək”.


Şon Penn: “Polşa qırıcıları Ukraynaya verilməlidir”

Amerikalı aktyor və rejissor Şon Penn Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakla MiQ-29 qırıcılarının tədarükü məsələsini müzakirə edib.

Şon Penn, Andrea Raffin/shutterstock

O, ölkəyə Polşa qırıcılarının göndərilməsinin tərəfdarı olduğunu qeyd edib.

“Bizim Ağ Evlə Polşa hakimiyyəti arasında hansısa bürokratik maneə səbəbindən qırıcılar hələ də Ukraynaya çatdırılmayıb”, – aktyor bildirib.


“Hilton” və “Hyatt” da Rusiyadakı fəaliyyətini dayandırdı

Amerikanın “Hilton” və “Hyatt” otel şəbəkələri Rusiyada fəaliyyətlərini dayandırıb.

“Hilton”. Foto: Andrew V Marcus/shutterstock

Bu addım Ukraynadakı hərbi əməliyyatlara görə atılıb.

“Hilton Effect Foundation” tərəfindən isə Ukraynaya 50 min dollar humanitar yardım edildiyi bildirilib.


Abramoviçə sanksiya tətbiq edilib

Böyük Britaniya Roman Abramoviçə və daha altı rus oliqarxına sanksiya tətbiq edib.O cümlədən “Çelsi” Futbol Klubunun aktivlərini dondurub.

Böyük Britaniya hökuməti martın 10-da rusiyalı milyarder Roman Abramoviçə sanksiya tətbiq edərək onun bütün aktivlərini dondurub.


Lavrovun bizdən tələbləri kapitulyasiya siyahısına oxşayır”

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla aparılan danışıqlar çətin keçib”

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba martın 10-da Türkiyənin Antalya şəhərində rusiyalı həmkarı Sergey Lavrovla aparılan danışıqlardan sonra jurnalistlərə deyib.

Foto: Reuters

O bildirib ki, atəşkəslə bağlı razılığa gələ bilməyiblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə görüş barədə blə deyib: “Digər ölkələrə hücum etmək fikrimiz yoxdur. Heç Ukraynaya da hücum etməmişik. Sadəcə, xəbərdarlıq edirik. Rusiya, o ərazidən gələn təhlükəyə cavab verib”.

Onun sözlərinə görə, başlanan hərbi əməliyyatlar plan üzrə gedir: “Qərb həmkarlarımız isə bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər”.


Qərb Rusiyanın planının baş tutmadığını deyir

“Reuters” yazır ki, Moskvanın bəyan etdiyi kimi tez bir zamanda Ukrayna ordusunu darmadağın etmək planı baş tutmayıb.

Eyni zamanda, Prezident Vladimir Zelenskinin qərbyönlü seçilmiş hökumətini devirmək kimi məqsədlər də əlçatmaz olaraq qalıb.

Böyük Britaniyanın Müdafiə Nazirliyi cümə axşamı bildirib ki, Kiyevin şimal-qərbindəki böyük rus koloniyası bir həftə ərzində çox az irəliləyiş əldə edib və davamlı itkilər verir.

V.Zelenski və V.Putin. Foto: Meydan TV

Putin isə Ukraynadakı qüvvələrinin irəliləyişinin plan və qrafikə uyğun getdiyini bildirib.

Rusiya onun hücumunu qonşusunu tərksilah etmək və özünün “neonasistlər” adlandırdığı liderləri sıxışdırmaq üçün “xüsusi əməliyyat” adlandırır.

Rusiya iqtisadiyyatını və hökumətini beynəlxalq maliyyə bazarlarından kəsmək üçün nəzərdə tutulan sanksiyalar da Rusiyanın səhm bazarı və rublunun ucuzlaşması və adi rusların nağd pul yığmaq üçün tələsməsi ilə təsir etməyə başlayıb.


Zelenski uşaq xəstəxanasının bombalanmasını “soyqırımı” adlandırdı

Ukrayna hökuməti Rusiyanın Mariupol şəhərindəki uşaq xəstəxanasını bombalayaraq “soyqırımı” törətdiyini açıqlayıb.

Foto: Reuters

Rusiya tərəf isə bu xəbərlərin “saxta” olduğunu bildirib: “Bina keçmiş doğum xəstəxanası olub və uzun müddətdir ki, hərbçilər tərəfindən nəzarətə götürülüb”.


Avropanın Rusiya qazından asılılığını azaldan 10 maddəlik plan

Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni təhlili göstərir ki, bir sıra tədbirlər Avropa İttifaqının (Aİ) Rusiya qazından asılılığını üçdə birdən çox azalda bilər.

Beynəlxalq Enerji Agentliyi (IEA). Foto: Jarretera/shutterstock

Beynəlxalq Enerji Agentli bu hesabatı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı açıqlayıb.

10 maddəli plandan ibarət hesabat həm də Rusiyaya sanksiyaların cəmiyyətə təsirini minimuma endirmək məqsədi daşıyır.


Ukraynadan Rusiyaya radiasiya sızması ilə bağlı çağırış

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiyanı hazırda istifadəsiz olan Çernobıl nüvə zavodunda təmir üçün atəşkəsə çağırıb.

Vaxtilə ən ağır nüvə qəzasının baş verdiyi Çernobıl elektrik şəbəkəsindən tam ayrıldığından radiasiya riski yüksəlib.

“Ukrenergo” dövlət enerji şirkəti martın 9-da bildirib ki, Çernobıl zavodunu Kiyevdə elektrik təchizatçısı ilə birləşdirən xətt kəsilib.

D.Kuleba. Foto:Photographer RM/shutterstock

Zavodda 20 tonluq tullantı daim soyudulmalıdır, əks halda, sızma riski yaranır. Bu da öz növbəsində Ukrayna, Belarus, Rusiya və Avropaya təhlükə yarana bilər.

Çernobıl nüvə enerjisi zavodunun və onun Rusiya ordusunun nəzarətində olan bütün nüvə obyektlərinin elektrik xətti zədələnib”, – Kuleba “Twitter”-də yazıb.

Nazir bildirib ki, dizel generatorları zavodu 48 saat ərzində elektriklə təmin edə bilir. Bundan sonra soyutma sistemləri dayanır: “Nəticədə radiasiya sızması qaçılmaz olacaq”.


ABŞ-dan Ukraynaya 13.6 milyard dollarlıq yardım

ABŞ-ın Ukraynaya 13.6 milyard dollarlıq yardım edəcəyi bildirilir.

Məlumata görə, bunun 6.5 milyardını Pentaqon Ukraynaya hərbi yardım kimi ayıracaq, digəri humanitar və iqtisadi yardıma, o cümlədən 1.5 milyonluq qaçqının dəstəklənməsinə xərclənəcək.

ABŞ. Foto: Lane V. Erickson/shutterstock

Artıq ABŞ-ın Nümayəndələr Palatası Ukraynaya 13.6 milyard dollarlıq təcili yardım paketi layihəsini təsdiqləyib.


Rusiya Avropa Şurasından çıxdığını açıqladı

Rusiyanın Avropa Şurasını tərk etdiyi bildirilir.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) martın 10-da bəyanat yayıb.

Avropa Şurası və Rusiya. Foto: maradon 333/shutterstock

Rusiya Xarici İşlər Nazirliyi Avropa Şurasının dağılmasının qaçılmaz olduğunu bildirib və iştirakını dayandırdığını açıqlayıb.

Moskva Avropa Şurasını NATO və Avropa İttifaqı tərəfindən Qərb narsizmi platformasına çevirməkdə iştirak etməyəcək: bir-birinizlə həzz alın, amma Rusiyasız”, – nazirliyin yaydığı bəyanatda belə deyilir.


Polşanın Ukraynadakı səfiri: “Hava məkanı bağlanmalıdır”

Polşanın Ukraynadakı səfiri martın 10-da verdiyi açıqlamada bildirib ki, Ukrayna üzərində uçuşa qadağa zonası münaqişənin daha tez bitməsinə və yüzlərlə insanın həyatını xilas etməyə kömək edəcək.

Səfir Bartosz Cichocki deyib ki, bu gecikmə hər gün yüzlərlə insanın həyatına son qoyur.

Foto: https://www.osce.org/

Onun sözlərinə görə, müharibənin uzanmasının qarşısını almaq üçün hava məkanı bağlanmalıdır.

Ukrayna Prezidenti Vladimir Zelenski də NATO-dan uçuşa qadağa zonası tətbiq etməyi xahiş edib. Lakin alyans Rusiya ilə birbaşa münaqişəyə cəlb olunmaqdan ehtiyatlandığı üçün bundan imtina edib.


Türkiyədə Rusiya və Ukrayna xarici işlər nazirləri arasında görüş başlayır

Türkiyədə Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba arasında görüş keçirilir.

Tərəflər arasında görüş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun vasitəçiliyi ilə baş tutub.

Foto: https://www.hurriyet.com.tr/

Görüşün şəkillərində iki nəfərin qarşı-qarşıya oturduğu əks olunub.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəSiyasətRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 15-ci günü – yenilənən xəbərlər