Rəsul Cəfərova hökm oxundu(VİDEO)

Aprelin 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov “İnsan Haqları Klub”unun rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərova hökm oxuyub. Rəsul Cəfərovu üquq müdafiəçisini 6 il, 6 ay azadlıqdan məhrum edən hakim məhkəmə ekpertiza xərclərinə görə, hüquq müdafiəçisinin 350 manat pul ödəməli olduğunu da açıqlayıb.

Hakim hökmü açıqladıqdan sonra Rəsul Cəfərov zaldakılara üzünü tutaraq, hər şeyin yaxşı olacağını deyib.

“Hamı bilir ki, bunların hamısı saxta ittihamlar idi. Hökm də siyasi sifariş idi. Hər şey yaxşı olacaq. Möhkəm olun. Özünüzü qoruyun!”

Hüquq müdafiəçisinin vəkili Fariz Namazlı hökmü ədalətsiz hesab edir.

Rəsul Cəfərovun yaxınlarının sözlərinə görə, məlum hökm siyasi sifariş olub.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma maddələri ilə həbs olunub. Beynəlxalq hüquq müdafiəsi təşkilatları onu siyasi məhbus elan edib.

Ana səhifəVideoRəsul Cəfərova hökm oxundu(VİDEO)