”Rəhmətlik deyirdi ki, Samir məni tutmaq istəyir” (VİDEO)

20 avqustda Mingəçevir Polis Şöbəsinə Bəhruz Hacıyevlə bir yerdə gətirilən Vaqif Əzizov Meydan TV-nin sualların cavablandırıb. O, bildirib ki, hadisə baş verən gün polis işçisi Samir adlı şəxs Bəhruzu izləyirdi.  “Rəhmətlik deyirdi ki, Samir məni tutmaq istəyir. Elə hadisə olan gün bunu mənə demişdi. Deyirdi, kəndə keçirəm Samir məni izləyir. Niyə məni izləyir, bilmirəm”.

Şahid Bəhruz Hacıyevin ölümünə olan reaksiyadan sonra Polis Şöbəsindən azad edildiyin bildirir. O, dostunun narkotik istifadəçisi olmadığını, “üstündə narkotik maddə vardısa, özünü yox, onu pəncərədən atardı” deyir.

Ana səhifəVideo”Rəhmətlik deyirdi ki, Samir məni tutmaq istəyir” (VİDEO)