Mərkəz Bakıdan 17 km aralıda yerləşən Balaxanı kəndi ən qədim ərazilərdən sayılır.
Source:
Yayımlandı: 30 İyul 2016 20:50
Son dəyişiklik: 29 Oktyabr 2021 15:57
Mərkəz Bakıdan 17 km aralıda yerləşən Balaxanı kəndi ən qədim ərazilərdən sayılır. Kəndin adının mənası Qılman İlkinin “Bakı və bakılılar” kitabında qeyd olunub: “bala” – yuxarı, hündür, “xana” – ev deməkdir”.
Vaxtilə Balaxanı kəndi Bakının əsas sənaye istehsalı və neft mərkəzlərindən biri idi. Bakı milyonçularının Balaxanıda neft mədənləri, neft emal edən zavod və qurğuları olub. Neft qurğularından başqa Balaxanı həm də tarixi abidələri ilə məşhurdur.
Belə ki, vaxtı ilə Balaxanıda 20 sot sahəsi olan rus provaslav kilsəsi fəaliyyət göstərib. 1933-cü ildə kilsə bolşeviklər tərəfindən məhv edilib. Buna baxmayaraq, digər tarixi abidələr bugünə qədər saxlanılıb.
Bundan başqa, Balaxanı Cümə məscidi, Hacı Şəhla məscidi, Karvansaray, Şarirağa türbəsi, sandıq qəbirlər və s. abidələr mövcuddur.
Balaxanı Cümə məscidinin girişi
Balaxanı kəndinin ümumi görünüşü
Balaxanı kəndinin ümumi görünüşü
Hacı Şəhla məscidinin dağıdılmış hissəsi
Balaxanı kəndinin tarixini qorumaq məqsədi ilə kənd sakinləri qədim qəbirləri qoruyub saxlayırlar
Balaxanı məzarlığının hündürlükdən görünən hissəsi
Balaxanı Cümə məscidinin girişi
Balaxanı Cümə məscidi 1930-cu ildə kənd sakinlərinin vəsaiti hesabına tikilib və hazırda fəaliyyətdədir.
Məscidin daxili görünüşü.
Balaxanı kəndinin ümumi görünüşü
Balaxanı kəndinin ümumi görünüşü
Hacı Şəhla məscidinin ümumi görünüşü. 1385-ci ildə usta Arif tərəfindən inşa edilmiş Hacı Şəhlə məscidi. Erməni-müsəlman davası zamanı məscid ciddi ziyan görür. Bir hissəsi isə tamamilə dağıdılır.
Məscid, tarixi abidə olaraq, dövlət tərəfindən qorunur.
Hacı Şəhla məscidinin dağıdılmış hissəsi
1427-ci ildə tikilmiş Şarirağa türbəsinin ümumi görünüşü. Türbə, Balaxanı qəbirstanlığının mərkəzində yerləşir
Erməni-müsəlman davası nəticəsində türbə müxtəlif tərəflərdən güllə atəşinə tutulub. Həmin güllə izləri binanın üzərində hələ də qalır.
Qəbir
O zaman Balaxanıda imkanlı insanlar vəfat etdikdə, ölən insana böyük ölçülü, sandığa bənzər qəbirdən daşlar qoyurdular.
Balaxanı kəndinin tarixini qorumaq məqsədi ilə kənd sakinləri qədim qəbirləri qoruyub saxlayırlar
Balaxanı məzarlığının hündürlükdən görünən hissəsi
Balaxanı həm də neft mancanağı ilə doludur. Bir çoxu isə istismarını dayandırıb
Veb saytımız cookie-lərdən istifadə edir. Optimal performans üçün çərəzləri qəbul etməyinizi tövsiyə edirik.
Funksional
Always active
Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq ciddi şəkildə önəmlidir. Çünki, o abunəçinin və ya istifadəçinin açıq aşkar tələb etdiyi xüsusi xidmətdən istifadəsini qanuniləşdirir və ya sadəcə olaraq mesajın elektron kommunikasiya şəbəkəsi üzərindən ötürülməsini təmin edir.
Parametrlərə gedin
The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
Statistika
The technical storage or access that is used exclusively for statistical purposes.Texniki baxımdan yaddaşda saxlama və ya çatımlılıq yalnız anonim statistik məqsədlər üçün istifadə olunur. Yalnız bu məqsədlə saxlanılan və ya alınan məlumat, ümumiyyətlə, məhkəmə çağırışı vərəqi, internet xidməti təminatçısının könüllü razılığı və ya üçüncü tərəfin əlavə qeydiyyatı olmadan sizin kimliyinizi müəyyən etmək üçün istifadə edilə bilməz.
Marketinq
Oxşar marketinq məqsədləri üçün bir və ya bir neçə veb-saytda reklam yerləşdirmək və ya istifadəçini izləmək məqsədilə istifadəçi profilləri yaratmaq üçün texniki yaddaş və ya çatımlılıq tələb olunur.