Nuh Peyğəmbərin türbəsində

Naxçıvanın ən qədim tarixi abidələrindən biri Nuh Peyğəmbər türbəsidir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ərazisində yerləşən türbə VIII-XII əsrlərə aid memarlıq abidəsi hesab olunur.

Abidə Naxçıvan şəhərində Köhnəqala ərazisindəki arxeoloji qazıntılar zamanı aşkar edilib. Türbədə Nuh peyğəmbərin dəfn edildiyinə inanılır.
Orta əsrlərdə xalq arasında Nuh peyğəmbərin məzarı kimi ziyarət edilən yerdə elmi araşdırmalar nəticəsində Nuh peyğəmbərin məzarüstü türbəsi tikilib.

Türbə 3 hissədən – sərdabədən, yerüstü məqbərədən və konusvari örtükdən ibarətdir. Türbənin bərpasında kərpic, kaşı və müxtəlif naxış elementlərindən istifadə edilib. Türbənin hündürlüyü 15 metr 50 santimetr, eni isə 7 metr 50 santimetrdir. Nuh peyğəmbərin məzarüstü türbəsi 8 guşəlidir.

Tarixi məlumatlara görə, Nuf əfsanəsi e.ə. II minilliyin ortalarında şumerlilər tərəfindən ilk dəfə yazıya alınıb. Bir sıra tarixçi və coğrafiyaşünasların fikrincə bu, Naxçıvan şəhərinin salındığı tarixlə e.ə. 1539 eyni dövrə təsadüf edir.

Ana səhifəFotoreportajNuh Peyğəmbərin türbəsində