Müəllimlərin işdən sonra fəhləlik etməsinə necə baxırsınız? – SORĞU

Hadı Rəcəbli: “Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”

Bu fikirləri millət vəkili Hadı Rəcəbli mətbuata müsahibəsində səsləndirib.

Deputat sonradan dediklərinin kontekstdən çıxarıldığını açıqlasa da, onun fikirləri sosial şəbəkədə böyük etirazla qarşılanıb. Maraqlıdır, şəhər sakinləri bu haqda nə düşünür?

Ana səhifəVideoMüəllimlərin işdən sonra fəhləlik etməsinə necə baxırsınız? – SORĞU