Jurnalistə 25 saylı Nizami 2-ci seçki dairəsində çəkiliş apararkən fiziki təzyiq edilib. Müstəqil jurnalist seçki gedişatını izləyərkən özünü təqdim etməyən bir nəfər ondan məntəqədən çölə çıxmasını istəyib.
Jurnalist buna etiraz etdiyi zaman həmin şəxs “dedim, yeri get, sənə ancaq belə lazımdır” – deyib, onu qolundan tutub zorla çölə çıxarır.
Hadisədən öncə isə jurnalist məntəqə sədrindən müsahibə alır, bu saatadək nə qədər seçicinin gəldiyini sual edir. O isə cavabında “son 1 saat 20 dəqiqədir ki, aktivlik artıb, gələnlərin ardı-arası kəsilmir” söyləyir.
Daha sonra sayı dəqiqləşdirmək üçün jurnalisti digər otağa aparır. Buradakılar isə hələlik, sayla bağlı məlumatlarının olmadığını söyləyirlər.
“Hələlik, məlumat yoxdur. Gözləyək, bir saat da keçsin gələrsiz, mən özüm sizə məlumat verəcəyəm”.
Daha sonra bir nəfər jurnalistin qolundan tutaraq, onu çölə çıxarmağa çalışır.