İstanbulda Heydər Əliyevin heykəlinə “Qul Bayramı” yazıldı 

İstanbulda anarxistlər Heydər Əliyevin heykəlinə “Qul Bayramı”, “Bayram Məmmədov” yazılarını yazıblar. Heydər Əliyev parkındakı heykələ yazı-etiraz ötən il bu şəhərdə həyatını itirən Bayram Məmmədova ithaf olunub.

Bayram Məmmədovla Qiyas İbrahimov 2016-cı ildə Heydər Əliyevin Bakıdakı heykəlinə “Qul Bayramınız Mübarək” yazaraq bütləşdirməyə etiraz etdiklərini demişdilər. Bundan sonra narkotik ittihamı ilə həbs edilən fəallar 10 illik həbs cəzası almış, 2019-cu ildə isə əfv olunmuşdular.

Ana səhifəVideoİstanbulda Heydər Əliyevin heykəlinə “Qul Bayramı” yazıldı