”İşi görənlər qalıb çöldə, köməksizləri içəri basıblar”

Beyləqanda 17 yaşlı məktəbli ilə cinsi əlaqəyə girmə faktı üzrə cinayət işi açılıb. Nəticədə Beyləqan sakini Tural Kərimov və Kamil Hümbətov 152.1 maddəsi ilə  (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) həbs olunub. Hadisədə təqsirli bilinənlərdən Kamil Hümbətovun anası Təranə Mehdiyeva oğlunun qurban getdiyini deyir. Onun sözlərinə görə, oğlu bu il yanvarın 1-də əsgərlikdən gəlib. Fevralın 14-ə qədər də Bakıda nənəsinin yanında qalıb.

“Hamı şahiddir ki, uşağım, ümumiyyətlə, rayonda olmayıb. Oğlum Bakıdadır. Burada hər yerdə kamera var. Hansı tarixi deyirlər, o tarixdə çəkilmiş görüntüləri xahiş edim, çıxatdırım. Fakt budur ki, telefonda görüntü var. Mənə müstəntiq özü dedi ki, görüntü var. Görüntüsü, səsi olan adamlar çöldədir. Nə görüntüsü, nə səsi, nə də şahidi olan iki nəfər həbs olunub”.

Təranə Mehdiyeva deyir ki, qızla cinsi əlaqədə olan və bunu videogörüntüyə alan şəxslər rüşvətlə yaxalarını istintaqdan qurtarıblar.

“Rasimin anası Yeganə xanım mənə dedi ki, oğlumu heç kim tuta bilməz. 100 min də olsa, verib qurtaracam. Mən də ən kasıb ailə olduğuma görə heç nədən uşağımı şərləyiblər. Bəlkə də o kənddə məndən kasıbı yoxdur. Oğlum şərə düşüb”.

Anaya oğlu ilə görüş verilmir. O, ölkə başçısına, Daxili İşlər Nazirliyinə də müraciət ünvanlayıb. Həqiqətin üzə çıxmsını istəyir. Təranə Mehdiyeva deyir ki, oğlunun bir qızı zorladığını bilsəydi…

“Tək övladım da olsa, ondan imtina edərəm. Bilirəm ki, oğlumun o işdə əli yoxdur. Amma oğlumu nahaq yerə tutsalar, gücüm nəyə çatır onu edəcəm. Sonda görsəm gücüm çatmadı, oğlumu həbs elədilər, özümü yandıracam”.

Həbs olunanlardan Tural Kərimovun anası da heç bir sübut olmadan oğlunun həbs edildiyini deyir.

“Oğlumun haqqında heç bir sübut, analiz, çəkiliş yoxdur. Oğlum  12 yaşından çöllərdə işləyir. Turalın 3-cü qrup əlilliyi var. Xəstə uşaqdır, ömrü az uşaqdır. 45 yaşınacan yaşamaq diaqnozu qoyub həkimlər ona. İşi görənlər qalıb çöldə, köməksizləri də basıblar içəri”.

Qızın yaxınları isə deyir ki, həbs olunanlardan heç biri günahsız deyil. Videoda adları çəkilən şəxslərin həbs olunmamasına gəlincə, müstəntiq qızın ailəsinə bildirib ki, videoda adı çəkilənlər də istintaqa cəlb olunacaqlar.   Həbsdən kənarda qaldığı deyilən və videogörüntüdəki əsas şəxslər yetkinlik yaşına çatmayıblar. Onların hər ikisinin 17 yaşı olduğu bildirilir.

Müstəntiq Telman Kərimov suallarımızı cavablandırmadı.

Ana səhifəVideo”İşi görənlər qalıb çöldə, köməksizləri içəri basıblar”