”Hər məhkəmə başlayanda əsəb dərmanı istifadə edir” (VİDEO)

Yanvarın 22-də Nərimanov rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin işinə baxılıb.

Vəkil Yalçın İmanov bildirir ki, proses zamanı zərərçəkmişlərdən birinin statusuna xitam verilməsi, digərinin barəsində məhkəmə psixiatrik ekspertizanın keçirilməsinə dair vəsatət verildi. Hakim vəsatətləri qəbul etməyib.

Məmməd İbrahimə qarşı (221.2.2-ci)  ictimai qaydanın pozulmasının qarşını alan hökumət nümayəndəsinə müqavimət göstərmək maddəsi isə cinayət işi açılıb. Müxalifətçinin oğlu atasının həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu deyir. Proses yanvarın 29-u davam etdiriləcək.

Ana səhifəVideo”Hər məhkəmə başlayanda əsəb dərmanı istifadə edir” (VİDEO)