Fədayə Laçın ev dustaqlığına buraxılmayıb

Məhbusların qaçmasına köməkdə təqsirləndirilən müğənninin vəsatəti təmin edilməyib

Source:


Məhbusların qaçmasına köməkdə təqsirləndirilən müğənninin vəsatəti təmin edilməyib

Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.

Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda vəsatət təmin edilməyib.

Prosesə jurnalistlər buraxılmayıb. İclasdan sonra jurnalistlərə açıqlama verən vəkil Türkel Süleymanlı bildirib ki, prosesdə iştirak edən F.Laçın bildirib ki, bir övladı var və heç vaxt istintaqdan gizlənməyib, nə vaxt çağırsalar gedib ifadə verib.

Türkel Süleymanlı  deyib ki, qərardan şikayət verəcəklər:

“Fədayə xanım heç vaxt istintaqdan gizlənməyib. Hepatit C xəstələyindən əziyyət çəkir. Qapalı yerdə qalmaq səhəttinə pis təsir edir və onun həbsdə saxlanılması humanist addım deyil. Biz qərardan şikayət verəcəyik. Əgər təmin edilməsə onun müalicə müəssisəsinə köçürülməsini istəyəcəyik”.

Bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E.Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən üç nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni

Fədayə Laçındır

.

Onunla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri

seçilib

.

Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs

olunub

.

Ana səhifəXəbərlərFədayə Laçın ev dustaqlığına buraxılmayıb