Faiq Əmirliyə qarşı ittiham irəli sürüldü

O, milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik “salma”da ittiham olunur

Bunu jurnalistlərə açıqlamasında Vəkil Aqil Layicov söyləyib.

A. Layıcov F. Əmirovun avtomobilindən Fətullah Gülənə məxsus kitab və disklər aşkarlanaraq götürüldüyündən şübhəli şəxs qismində Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparıldığını bildirib: “Faiq Əmirova qarşı Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) üzrə ittiham irəli sürülüb”.

Bu gün F. Əmirov Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda “qanunsuz hərəkətləri”nin qarşısının alınması məqsədilə başlanılan cinayət işi üzrə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib, dindirilib.

Ana səhifəVideoFaiq Əmirliyə qarşı ittiham irəli sürüldü