Evlərinə köçə bilməyən sakinlər aksiya keçirdilər (VİDEO)

Yeni Yasamal MTK-dan mənzil alan və 10 ildir evlərinə köçə bilməyən sakinlər bu dəfə Bakı şəhər İcra hakimiyyətinin qarşısında toplaşdılar.

Bu illər əzində binanın təhvil verilməsini gözləyən vətəndaşlar dövlət qurumlarına müraciətlərinin nəticəsiz qaldığını deyirlər.


“Bu da bizim icra hakimiyyətimiz, bu da bizim hökumətimiz. Bizi qəbul etmirlər. Belə qanunsuzluq olmaz. Bizi kimsə qəbul edib, şikayətimizə baxmalıdır. Dələduzlar bizim pullarımızı yeyirlər, amma biz də qalmışıq küçələrdə”.


Nurəddin Rəhimov deyir ki, binanın sədri Cahangir Alışov hara istəyirsiz şikayət edin deyib.


“Bizim cəmiyyətdə rüşvət yoxdur, hamı haqq-ədalətlə, qayda-qanunla işləyir. Biz də pulumuzu vermişik, evimizi tələb edirik. ” 5-6 nəfərlə gəldik ki, ərizəmizi verək. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrindən kimsə bii qəbul eləsin. Bizə desinlər ki, şikayətimizə baxılacaq ya baxılmayacaq”.


Problemlərinə çarəni Prezident Administriyasıyasına müraciət etməkdə görən şikayətçilər ora yollandılar. Administriyasiyadan bildirdilər ki, sabah onları qəbul edəcəklər.

Ana səhifəVideoEvlərinə köçə bilməyən sakinlər aksiya keçirdilər (VİDEO)