”Etiraz edənlərin içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də”


Astan Şahverdiyev: Hakimiyy


ə


tin günahı yoxdur, günah


ə


halid


ə


dir.



Sona çatan həftənin sosial-siyasi olayları sırasında Biləsuvarda məskunlaşan işğal altındakı Cəbrayıldan olan məcburi köçkünlərin etiraz aksiyası diqqət mərkəzində olub. Hadisəylə bağlı rayon icra hakimiyyəti və hüquq-mühafizə orqanları məlumat yayıblar. Məlumatda Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açıldığı qeyd olunub.



İcra hakimiyyətinin rəsmisi Fəridə İbayeva Meydan TV-yə etiraz aksiyasının keçirildiyini işıq problemindən qaynaqlandığını təsdiqləmişdi. Dekabrın 24-də isə rayon rəsmiləri məcburi köçkünlərlə görüşüb.



Azadlıq Radiosu “Azərişıq” ASC-nin müavinlərinin, Cəbrayil rayon icra hakimiyyətinin başçısı Kamal Həsənovun və Milli Məclisdə cəbrayıllıları təmsil edən deputat Astan Şahverdiyevin qatıldığı barədə məlumat yayıb.



Deputat

Azadlıq Radiosu

na söhbət zamanı razılıq əldə olunduğunu deyib.



Meydan TV Astan Şahverdiyevin müsahibəsini təqdim edir.

-Problem həll olunub. Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb. Mən gəldim yerində araşdırdım məsələni. “Azərişıq”-ın müavinləri, Cəbrayılın icra başçısı

da burda idi. Danışıb konsensusa gəldik.


-Nec


ə


h


ə


ll edil


ə


c


ə


k problem? Borc silin


ə


c


ə


k v


ə


ya qism


ə


n


ö


d


ə


nil


ə


c


ə


k?

-Məcburi köçkünlərə güzəştlər olacaq. Borc silinəcək. Təzə məsələlər qaldırmışıq. Camaatın kerosinlə təmin edilməsini istədik. Bu, evlərın qızdırılmasından ötrü lazımdır. Bu qış çox sərt qışdır. Əhaliyə kömək etmək lazımdır.





Astan mü


ə


llim, h


ə


min q


ə


s


ə


b


ə


l


ə


r qazla


ş


d


ı


r


ı


lmay


ı


b, b


ə


lk


ə


problemin h


ə


llin


ə


burdan ba


ş


lamaq laz


ı


md


ı


r?

– Bu rayonun ətraf kəndləri də hələ qazlaşdırılmayıb, ona görə birdən-birə, birbaşa… Qazlaşdırma o kəndlərdən başlanmalıdır. Azərbaycanda məcburi köçkünlərin yaşadığı hər yer qazlaşdırılıb, bir bura qalıb.


-Maraqlandınızmı,


ə


hali niy


ə


i


şı


q pulunu ver


ə


bilmir? Y


ə


qin onlar


ı


n da s


ə


b


ə


bi var.

-Burda əhalinin də günahı var. Ayda adambaşına limit qoyulub. Bunlar da limiti keçirlər. Limiti də keçəndə aydındır ki, dövlətin pulu ödənməlidir. Burda hakimiyyətin günahı yoxdur. Günah əhalidədir.


-H


ə


r halda,


ə


hali pulunu


ö


d


ə


mirs


ə


, bunun s


ə


b


ə


bi var. B


ə


lk


ə


i


ş


l


ə


ri yoxdur, buna gör


ə


elektrik enerjisin


ə


borc bu q


ə


d


ə


r


ç


ox y


ığı


l


ı


b?


Ü


st


ə


lik d


ə


h


ə


min q


ə


s


ə


b


ə


l


ə


r qazla


ş


d


ı


r


ı


lmay


ı


bsa, elektrik enerjisi s


ə


rfiyyat


ı


nda limiti a


ş


maq normal deyilmi?

-Ödəməlidirlər, amma pulları yoxdur deyə, ödəyə bilmirlər.


-Bel


ə



çı


x


ı


r i


ş


sizdirl


ə


r. B


ə


lk


ə


d


ə


ilk n


ö


vb


ə


d


ə


i


ş


l


ə


t


ə


min etm


ə


k laz


ı


md


ı


r onlar


ı


?

-Bu gün konsensusa gəldik də. “Azərişıq”ın müavinləri gəlmişdi. Orda uzun söhbətlər getdi, qərara gəlindi ki, insanlar işıqsız qalmamalıdır. Burda 11 qəsəbə var, 22 min də əhali. Onların istilik mənbəyi işıqdır.


-Bir d


ə


dediniz ki, bir qrup n


ə


ş


ə


li, i


ç


kili adam etirazlara qalx


ı


b…




Mən nəşəli deməzdim, onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var. Amma bütünlükdə cəbrayıllılar, burda 11 qəsəbədə yaşayan 22 min cəbrayıllı dövlətə, dövlətçiliyə sadiq insanlardır, prezidentə sadiq insanlardır. Prezidentin sosial dayağı əsas bu insanlardır.​


-B


ə


s etirazlar zaman


ı


saxlan


ı


lanlarla maraqland


ı


n


ı


zm


ı


? Onlar


ı


n aqib


ə


ti nec


ə


olacaq?

– O saxlanılanlar ən “yarıy” (ruscadan tərcümədə “azğın”, “qudurğan” deməkdir – red.) adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm. Bunlar həddən artıq aktivdirlər bu işlərdə, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar. Bu adamlar saxlanılıblar. Onlarla bağlı qaldırılan iş davam edəcək. Dövlətə qarşı şüarlarla çıxış edənlər öz cəzalarını alacaqlar. Dövlətə, dövlətçiliyə qarşı çıxış etmək olmaz. Azərbaycan cəmiyyətinin qüvvəsi bilirsiniz nədədir? Dövlətə xidmət etməkdə.



-Etirazçılar arasında yaralanan olubmu? R


ə


smi m


ə


lumatda ancaq polisl


ə


rin yaraland


ığı


bildirilir.

-Olub. Amma əksər zərərçəkən, yaralananlar polislərdir. Mən bura gəldim nələr gördüm. Azğınlaşmış kütlə bir polis postunu keçib, iki polis postunu keçib… Onların içində hər cür adam olub.


-Astan mü


ə


llim, bu adamlar y


ə


qin m


ə


cbur qalaraq etiraza qalx


ı


blar?

-Məcbur qalmayıblar. Onlar hamısı bir mərkəzdən idarə olunublar. Məcburi köçkünlər cəmiyyətin ən zərif təbəqəsidir. Bunların heysiyyəti ilə oynamaq olmaz.

(embedded content removed)

Ana səhifəVideo”Etiraz edənlərin içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də”