Cəmil Həsənli: ”Hakimiyyət Əkrəm Əylislini Nobel mükafatına daha da yaxınlaşdırır”

Cəmil Həsənli
Cəmil Həsənli


”Bu gün Azərbaycan cəmiyyəti Əkrəm Əylislini müdafiə etməyə özündə güc tapa bilməsə, həmişə bu biganəliyinin xəcalətini çəkməli olacaq”



Yazıçı Əkrəm Əylisli hədəfdədir, haqqında Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsilə cinayət işi açılıb. Beləliklə, 79 yaşlı yazıçını 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Artıq telekanallar Əylisliyə qarşı kampaniyaya start verib. Bəs




bütün bunlar




nədən başladı?




Niyə yazıçı məhz indi hədəfdədir?







Bu və digər




suallara Milli Şuranın sədri, professor Cəmil Həsənli cavab verir.


– Cəmil müəllim, yazıçı Əkrəm Əylisliyə qarşı cinayət işi niyə məhz indi başladı?

– Əlbəttə, cinayət işinin indi başlanması təsadüfi deyil. Cinayət işinin açılmasında əsas məqsədlərdən biri Əkrəm Əylislinin xaricə çıxışına qadağa qoymaq idi. “Daş yuxular” əsərinin gündəmə gəlməsindən sonra Əkrəm Əylisli bir neçə dəfə respublikadan kənara çıxıb və ona heç bir məhdudiyyət qoyulmamışdı. Amma sonuncu məhdudiyyət yeni situasiyayla bağlıdır. Onun mübahisəli hesab edilən “Daş yuxular” əsəri Rusiyadan sonra, Latviya, Finlandiya, Almaniya, Çexiya, İtaliya və digər ölkələrdə nəşr olunmuş və artıq Azərbaycanın hüdudlarından kənara çıxaraq yayılmağa başlamışdı. Şübhəsiz ki, hakimiyyət, xüsusi xidmət orqanları xarici nəşriyyatların Əkrəm Əylisliylə apardıqları yazılaşmalardan və telefon danışıqlarından xəbərdar olub.


– Hansı mənada xəbərdar olub və Əylisliylə bağlı beynəlxalq ədəbi səviyyədə nə baş verir?

– Bilirsiniz, bu əsər hələ rus dilində çıxandan sonra 13 nəfər çox tanınmış ədəbiyyat, sənət və elm adamları onu Nobel mükafatına təqdim etməyə təşəbbüs göstərmişdilər. Onların içərisində iki universitet rektoru və digər tanınmış imzalar var idi. Hakimiyyət ehtiyat edir ki, bu əsərin Qərb ölkələrində, xüsusilə Almaniya və İtaliya kimi böyük ölkələrdə kütləvi nəşri Nobel mükafatı məsələsini yenidən gündəliyə gətirə bilər. Doğrusu, hakimiyyətin yaşlı bir yazıçıya qarşı təqib və qaralama kampaniyasına başlaması onu bu mükafata daha da yaxınlaşdırır.


– Məsələ çox ciddidir?

– Əkrəm Əylislinin Venesiya şəhərində keçiriləcək ədəbiyyat festivalında iştirakın əngəlləmək, ilk növbədə, bu xofun təsiri altında baş verib. Əks təqdirdə gülünc ittihamlarla hakimiyyətin özünü rüsvay etməsinin ayrı bir ağlabatan izahı yoxdur. Axı üç il bundan əvvəl baş vermiş məlum kampaniyadan sonra Əkrəm Əylisli dəfələrlə xaricə buraxılıb. Digər bir səbəb qısqanclıqdan irəli gəlir. Hakimiyyət bütün baş verənlərdən sonra beynəlxalq ədəbiyyat  festivalında Əkrəmin iştirakını, Azərbaycan ədəbiyyatı adından orada çıxış etməsini həzm edə bilmir. Hökumətin narahatlığının bir tərəfi də bununla bağlıdır. Əkrəm Əylisliyə qarşı uydurma, saxta cinayət işinin qaldırılması, əvvəl xuliqanlıq maddəsilə, sonra onun dövlət məmuruna güc tətbiq etməsi maddəsilə daha da ağırlaşdırması sıradan bir hadisə deyil. Bakı aeroportu çox müasir bir hava limanıdır və orada mükəmməl kamera çəkilişləri həyata keçirilir. Əgər, doğrudan da, Əkrəm orada kimisə döyübsə, bunu sadəcə nümayiş etdirib, bütün şübhələrə son qoymaq olardı. Əkrəm Əylislinin yaşının elə bir vaxtı deyil ki, o,  kiməsə güc tətbiq etsin, zərbə endirsin və alınan zərbədən adamın sinəsində qançır əmələ gəlsin. Mən hüquqşünas olmasam da, siyasi məhbusları müdafiə edərkən bəzi məqamları öyrənmişəm. Sinədə qançır əmələ gətirmək üçün zərbənin gücü 100 kiloqram ətrafında olmalıdır. Adamın 79 yaşında öz çəkisindən artıq zərbə gücünə malik olması Allahın möcüzəsi kimi bir şeydir.


– Cinayət işinə və onun doğurduğu rezonansa qayıdacam, amma Nobel


m


ükafatıyla bağlı dedikləriniz bir az şübhə yaradır.


İ


stərdi


k



əhatəli danışasınız bu barədə…

– Ehtimal böyükdür və təqiblər bir az da güclənsə, Əkrəm Əylislinin Nobel mükafatına təqdim olunması kifayət qədər real məsələdir. Hakimiyyətin narahatlığı və hüquqazidd, ağılsız addımları, əsəbi davranışları da bununla bağlıdır.


– Hakimiyyət niyə belə addımlar atır?

– Hakimiyyət təqib kampaniyasını daha çox “Daş yuxular” romanı ətrafında qursa da, amma hakim elitanın daha böyük narahatçılığı “Möhtəşəm tıxac” əsəri ilə bağlıdır. Bu bədii nümunə hakimiyyətin bütün mənəvi, tarixi, əxlaqi, siyasi dayaqlarını sarsıdır. Nəzərə almaq lazımdır ki, “Möhtəşəm tıxac”ı məcara axtaran, sensasiya gəzən, ədəbiyyata təzə gələn birisi yazmayıb. Onu böyük həyat və yaradıcılıq təcrübəsi olan, həssas müşahidə imkanlarına malik, ölkə daxilində bütün ədəbi mükafatları almış bir yazıçı yazıb. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Əylislinin yaradıcılığı ancaq “Daş yuxular”dan ibarət deyil. O, Azərbaycan ədəbiyyatının, nəsrinin ən gözəl nümunələrini yaratmış bir yazıçıdır. Söhbət bədii ədəbiyyatdan, nəsrdən gedirsə, Əkrəm Əylisli Azərbaycan nəsrinin lirikasını yaradıb, sözün tam mənasında dilin bədii əsaslarını, bədii ədəbiyyatın dil hüdudlarını genişləndirib. Bizim ədəbiyyatımızda bədii dilin təqdimatı baxımından Əkrəm təkrarsız yazıçıdır. Onun “Dağlara çən düşəndə”, “Atalar və atasızlar”, “Kür qırağının meşələri”, “Mənim nəğməkar bibim”, “Ürək yaman şeydir”, “Adamlar və ağaclar”, “Gilənar çiçəyinin dedikləri” və sonrakı dövrdə qələmə aldığı digər əsərləri Azərbaycan nəsrinin ən yaddaqalan bədii nümunələridir. İdeoloji baxımdan onun köhnə əsəri yoxdur, Əkrəm o əsərlərin böyük bir hissəsini sovet dövründə yazıb, amma ideologiya damğası, ideoloji izlər onların üzərində yoxdur. Böyük məmnuniyyətlə o əsərlər bu gün də dünyada çap oluna bilər və artıq bir sıra Qərb ölkələrində həmin əsərlərin nəşrinə maraq yaranıb. Ona görə də Əkrəmin yaradıcılığına yalnız “Daş yuxular” prizmasından yanaşmaq tamamilə səhvdir. Əkrəmə qarşı hazırda aparılan təqib kampaniyası kökündən səhvdir. Bir tərəfdən söz və fikir azadlığı haqqında gurultulu bəyanat verilir, o biri tərəfdən də yaşlı yazıçıya qarşı təqib kampaniyası başlayır, saxta cinayət işi quraşdırılır.


– Ona qarşı təzyiqlər də başlananda cəmiyyətdə bunların “Möhtəşəm tıxac”a görə olduğu bildirilirdi. Amma o əsər çap olunmayıbsa, hakimiyyətdə niyə qıcıq yaratdı…?

– “Möhtəşəm tıxac” geniş oxucu kütləsi üçün çap olunmasa da, məhdud dairə üçün çap olunub. Əlbəttə, Əkrəm Əylislinin başına gələnlər daha çox “Möhtəşəm tıxac” əsəri ilə bağlıdır.


– Ancaq beynəlxaq ədəbi diqqət isə “Daş yuxular”adır…

– Bəli. Nobellə bağlı ilk təşəbbüslər  “Daş yuxular”la başlasa da, amma hakimiyyətin Əkrəmə qarşı son 3 ildə sönməyən nifrəti “Möhtəşəm tıxac”la bağlıdır.


– Çox qəribədir, beynəlxaq ədəbi diqqət “Daş yuxular”a


dır


, amma hakimiyyət üzdə bu əsəri görsə də, “Möhtəşəm tıxac”dan qıcıqlanıb…

– Azərbaycan hakimiyyəti vətənpərvərlik şüarları dalğasında “Daş yuxular”a qarşı sərgilədiyi mövqeyi “Möhtəşəm tıxac”a münasibətdə ictimai müzakirəyə gətirə bilmir və Əkrəm Əylislini “Daş yuxular”a görə hədəfə alır. Əsl həqiqətdə hakimiyyətin yuxusunu “Daş yuxular”dan daha çox “Möhtəşəm tıxac” ərşə çəkir. Hakimiyyət əmin deyil ki, Əylisliyə beynəlxalq mükafat yalnız “Daş yuxular”a görə verilə bilər, siyasi məhbus problemlərinin kəskin xarakter alması, Panama sənədlərinin açılması, ölkədə korrupsiya şəbəkəsinin genişlənməsi, siyasi azadlıqların məhdudlaşdırılması kimi məsələlər  “Möhtəşəm tıxac”ı daha cazibədar edir. Hakimiyyət bu təhlükəni hiss etdiyindən ən elementar hüquqi, əxlaqi və mənəvi dəyərlərə sayğısızlıq göstərməklə qocaman bir yazıçını təqib edir. Forma və metodlarına, saxtakarlıq miqyasına görə bu təqibin vaxtilə faşist Almaniyası və Stalin diktaturası dövründə mütərəqqi yazıçıların, sənət adamlarının təqibindən elə böyük fərqi yoxdur.



Y


azıçını


həmkarları da dəstəkləmir, məsələn, Seyran Səxavət “Əylisli onu müdafiə etməyə dırnaq yeri belə qoymayıb”deyə daha sərt açıqlama verdi…

– Seyran Səxavətin yaradıcılığına çox hörmətlə yanaşıram. Əsərlərin maraqla oxumuşam. Amma 3-4 ay əvvəl hakimiyyətin multikulturializm çərçivəsində ermənilərlə birgə yaşayışın mümkünlüyü təklifinə dəstək verən bir qələm əhlinin  totalitar rejiminin repressiyaya məruz qoyduğu yaşlı bir yazıçının onu müdafiə etməyə “yer qoymaması”  elə də səmimi görsənmir.

 –

Ancaq Əylisli də şəxsiyyət kimi ziddiyyətlidir, əvvəl müsavatçıydı, sonra Heydər Əliyevi dəstəklədi, nəhayət, indiki dövrü…

– Bütün bunları Əkrəmin özündən soruşsanız daha yaxşı olar. Mən onun əvəzinə bir şey deyə bilmərəm. Amma Əkrəm Əylislini vaxtilə parlamentə salmışdılar ki, ondan bir vasitə kimi istifadə etsinlər. Lakin o, kiminsə əlində vasitəyə çevrilmədi. Yəni Əkrəm hakimiyyətin “navodka” verdiyi adamlara qarşı çıxış etmədi. Başqa bir fakt deyim. O, ilk əsərlərindən başlayaraq bütün yaradıcılığı boyu, hələ Sovet dövründən həmişə DTK-nin diqqət mərkəzində olub. Keçmiş  DTK-nin ədəbiyyata, sənətə, incəsənətə nəzarət edən 5-ci idarəsində Əkrəmin demək olar ki, hər yeni çıxan əsəri ilə bağlı tənqidi dəyərləndirmələr vardır. Söhbət onun sovet quruluşuna kölgə salması, sosializm cəmiyyətinin üstün cəhətlərinin inkar edilməsi, marksizm-leninizm ideologiyası haqqında ironik yanaşması və sairdən gedirdi. DTK-nın  çoxsaylı məlumatlarından 1972-ci ilə aid olan birində qeyd edilirdi ki, SSRİ Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü Əkrəm Əylisli respublika Yazçılar İttifaqının iclasında bunları demişdir: “Yaradıcılıq prosesində ideya maskadır, həmin maskanın altında sovet adamları ən çirkin əməllər törədir və bizim  cəmiyyətimiz yavaş-yavaş burjua dövlətinə çevrilir. İndi bütün sahələri korrupsiya və rüşvətxorluq bürüyür. Ona görə də bu faktlar yazıçıların əsərlərində də öz əksini tapmalıdır”.


– Yenidən qayıdaq hakimiyyətin yazıçıya təzyiqlərinə, plan nədən ibarətdir?

– Hakimiyyətin bütün addımları ona hesablanıb ki, Əkrəm Əylislinin fiziki cəhətdən sonuna çıxsınlar. Onun beynəlxalq aləmə, o cümlədən Qərbdəki nəşrlərdən sonra ehtimal olunan hər hansı mükafata yolun bağlasın. Vaxtilə Boris Pasternaka “Doktor Jivaqo” kitabı 1957-ci ildə İtaliyanın “Feltrinelli” nəşriyyatında yayımlandıqdan sonra Nobelə təqdim edilmişdi. İndi ehtiyat edirlər ki, öz ölkəsində təqib olunan Əkrəm Əylisli bu taleyi yaşaya bilər. Əminliklə deyə bilərəm ki, bəyənmədiyimiz sovet hökuməti Pasternakla daha abırlı davranırdı, nəinki indiki Azərbaycan hakimiyyəti Əkrəm Əylisliylə rəftar edir. Hakimiyyətin niyyəti açıq görünür, əvvəl xuliqanlıq  maddəsi irəli sürüldü. Bu maddə yazıçının xaricə çıxışının qarşısını almaq üçün bir bəhanə idi. Halbuki, heç xuliqanlığa bənzər hadisə də baş verməmişdi. Yazıçının prezident İlham Əliyevə  müraciətindən sonra maddə daha da ağırlaşdırıldı. Niyə? Çünki Əkrəm Əylislinin müraciəti “səhv etmişəm”, “bağışlayın” kimi yalvarış ruhunda deyildi. O, müraciətində “yuxarıdan gələn hər əmrə boğazdan yuxarı ləbbeh deməklə vəzifə başında oturan və dünyanın cansız robotlarından yalnız pulgirliyi və rüşvətə hədsiz hərisliyi ilə fərqlənən canavar xislətli məmurlar ölkəsində” yaşamağın bir mənəviyyat adamı üçün nə qədər ağır və sıxıntılı olduğunu rejim başçısının özünə yazırdı. Əslində, Əkrəm həmin müraciətlə bir addım da qabağa getdi. Halbuki, hakimiyyət yazıçıdan tövbə gözləyirdi, amma o, hakimiyyəti ittiham etdi ki, yaratdığınız avtoritar, korrupsioner rejim ona qarşı bu situasiyanı yaradıb. Gördünüzmü, müraciətdən dərhal sonra maddə də ağırlaşdırıldı. Əlbəttə, hakimiyyətin təzyiqləri Əkrəm Əylislinin fiziki baxımdan sıradan çıxarılmasına hesablanıb. Cəmiyyət onu müdafiə etməyə özündə güc tapmalıdır.


– Belə sərt şəkildə…?

– Əvvəla, hakimiyyət istənilən ağılsızlığa gedə bilər. Yəni  bu ağılsızlığın limiti yoxdur. İndi görünən problem ondan ibarətdir ki, ya Əkrəm Əylisliyə ciddi təzyiq göstərib ondan “könüllü” bir “əfv” ərizəsi  alsınlar. Ya da onu fiziki cəhətdən məhv etsinlər. 79 yaşında bir qələm əhlinin həbsinin nə demək olduğu gün kimi aydındır. Bütün atılan repressiv addımlar onun məhvinə gedən yoldur. Yaddan çıxarmaq olmaz ki, Əkrəm Əylislinin indi 79 yaşı var və o, sağlamlıq durumuna, yaş həddinə və mənəvi cəhətlərinə görə bu təzyiqlərə hazır deyil. Hər cür gözlənilməz hadisə baş verə bilər.  Bu gün Azərbaycan cəmiyyəti Əkrəm Əylislini müdafiə etməyə özündə güc tapa bilməsə, həmişə bu biganəliyinin xəcalətini çəkməli olacaq.



Əgər dedikləriniz baş versə, bu, Azərbaycan tarixində ləkə kimi qalmayacaqmı?

– Azərbaycan hakimiyyətini nə keçmiş, nə də gələcək tarix maraqlandırır. Hakimiyyətin çıxış nöqtəsi bugünkü rəyasətliyindədir. İqtidar hadisələrə ancaq bugünün şərtlərilə yanaşır, əzmək, sındırmaq, məhv etmək, insan talelərini həbsxanalara sürükləmək və diktarorluq rejimi yaratmaq. Bu, Şərq üçün bir modeldir. Məhəmməd Rza şahın hakimiyyətinin son 10 ilinin davamı bu gün Azərbaycandadır.



İslam inqilabı olacaq?

– Hansı inqilabın olacağını bilmirəm, ancaq bu gün o model var və o modelin qurbanlarından biri də Əkrəm Əylislidir.

Ana səhifəVideoCəmil Həsənli: ”Hakimiyyət Əkrəm Əylislini Nobel mükafatına daha da yaxınlaşdırır”