“Əgər ölkəmizdə dərman istehsal olunsa, külli miqdarda vəsaitin xaricə axmasının qarşısı alınar. Həm də, ölkədə keyfiyyətli, ucuz, təminatlı dərmanlar istehsal olunacaq və onu xarici bazarlara ixrac etmək mümkündür. Artıq hökumət bu məsələ üzərində işləyir. Tanınmış xarici şirkətlərlər birgə dərman istehsal edən müəssisələrin yaradılması nəzərdə tutulur. Bu, çox vacib və əhəmiyyətli məsələdir. Ölkəmizdə dərman istehsalı üçün potensial var”.
Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev mətbuata açıqlamasında deyib.
Baş nazirin müavini Əli Əhmədov da bildirib ki, yaxın vaxtlarda Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün danışıqlara başlanacaq. Bəs Bakı sakinləri ölkədə dərman istehsalı ilə bağlı nə düşünür? Meydan TV bu sualla sakinlər arasında sorğu keçirib.