45 min manat gömrük rüsumu – təkər satanlar etiraz edir

Yanvarın 15-də işlənmiş təkər alveri ilə məşğul olan 200-ə yaxın ticarətçi gömrük rüsumlarının artmasına etiraz ediblər.

Onlar Prezident Administrasiyasının qarşısına yığışaraq tələblərini bildiriblər.

Satıcılar deyiblər ki, 8-ci kilometr bazarında təkər alveri ilə məşğuldurlar. İllərdir Almaniyadan işlənmiş təkər gətirib burada satıblar.

Ehtiyaclarını da bu yolla qarşılayıblar. Ticarətçilərin arasında biznesə görə evini girov qoyub banka borcu olanlar da var.

Rüsuma etiraz edənlərin malları gömrükdə saxlanılır. Şikayətçilər deyir ki, hər biri hər günə görə malları gətirən şirkətə 150 dollar ödəməlidirlər. Nazirlər Kabinetii qərarı 17 noyabr qəbul olunsa da, yanvarın 1-dən qüvvəyə minib. Ticarətçilər də onlara bildiriş gələcəyini gözləyib.

Sahibkarlar Dövlət Gömrük Komitəsinə də şikayətlərini çatdırmağa gediblər. Qurum isə onlara Nazirlər Kabinetinin qərarını icra etdiklərini söyləyib. Prezident Administrasiyasının da ticarətçilərə cavabı fərqli olmayıb.

Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr qərarına görə, minik avtomobilləri, avtobus və yük maşınları üçün bərpa edilmiş bir ədəd şinə görə 10 dollar rüsum müəyyən edilib. Əvvəl isə bu qiymət 3 dollar idi.

Ana səhifəVideo45 min manat gömrük rüsumu – təkər satanlar etiraz edir