20 nömrəli məktəbin qarşısında valideynlərin aksiyası (VİDEO)

“İcra başçısı olaraq onun xəbəri ola-ola ki, burada məktəb tikilir və buna prezident 15 milyon manat ayırıb, o televiziyaya çıxıb o sözü necə deyə bilir”

20 nömrəli məktəbin müəllimləri və valideynlər etiraz aksiyası keçiriblər. Etiraza səbəb 7 iyunda Bakı meri Hacıbala Abutalıbovun televiziyada


sökülən məktəbin yerində park salınacağını deməsi olub.


Məktəbin girişində toplaşan şikayətçilər Bakı merini prezidentin sərəncamına məhəl qoymamaqda ittiham ediblər.

Valideyn : “Abutalıbov televiziyada çıxış edib  və  deyib ki, burada park tikiləcək. Nə park var, nə məktəb, heç biri yoxdur”.

“Kimin nə ixtiyarı var ki, prezidentin verdiyi sərəncamdan sonra ideya irəli sürsün?! Onu mən eləyə bilərəm, sıravi vətəndaş edə bilər, yalnız vəzifəsi olan adam o sözü deyə bilməz. Onun ixtiyarı yoxdur. Prezidentin sərəncamı müzakirə olunmur. Təklifi müzakirə oluna bilər” – valideyn deyir.

Əraziyə gələn Yasamal rayon icra başçısının müavini Təravət Muradova valideynlərə bildirib ki, burada park yox, məktəb tikiləcək. Xanım Muradova tikintinin dayandırılması ilə bağlı deyib : “Bu dəqiqə şəhərdəki vəziyyətlə, binaların üzləndirilməsi ilə bağlı bir çox yerdə tikinti dayandırılıb”.

Valideynlər məktəbin yeni binası tikilənə qədər hökumət qurumlarına şikayət məktubları yazacaqlarını  bildiriblər.

20 nömrəli məktəb keçən ilin iyunundan təmirə bağlanıb və əraziyə vurulan lövhədə yeni binanın dekabrın 1-də istifadəyə veriləcəyi yazılıb. 20 nömrəli məktəbin yeni binasının tikintisi üçün ölkə başçısı İlham Əliyev 2014-cü ilin dövlət büdcəsindən 5 milyon manat, 2015-ci ildə isə 10 milyon manat ayırıb. Yeni məktəb binası üçün toplam 15 milyon manat vəsait sərf olunub. Amma ərazidə tikinti dayandırılıb.

Ana səhifəVideo20 nömrəli məktəbin qarşısında valideynlərin aksiyası (VİDEO)