Rafiq Bayramov həbs olunan zaman

Источник: Foto: Meydan TV

Başlıq: Rafiq Bayramov həbs olunan zaman

DTX Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatın detallarını açıqlayıb

“Vəzifə səlahiyyətlərindən sui-istifadə edilib, mənimsəmə, vəzifə saxtakarlığı faktları olub”

Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla bağlı məlumat yayıb.

Əməliyyat mayın 8-də keçirilib.

DTX əməliyyatla bağlı video paylaşıb.

Qeyd olunub ki, mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə ediblər:

“Rafiq Bayramov və Zakir Sultanovun xidməti otaqlarına və yaşadıqları ünvanlara keçirilən baxış zamanı qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb”.

DTX bildirib ki, mədəni irs və tarixi abidələrin, mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, Rafiq Bayramovun müxtəlif qanunsuz yollarla əldə edilən vəsaitlərin hər ay toplanaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Bunların arasında nazirliyin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlər də var.

“Musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramovun şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsədiyinə dair məlumatlar əldə olunub”.

DTX aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/e0nsud

Самое читаемое