
Mənbə: Foto: google.az
Başlıq: Rafiq Bayramov
Nazir müavini 4 aylıq həbs edildi
Onlara verilən ittihamlar məlum oldu
Bir gün əvvəl həbs olunan iki məmur - Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və nazirliyinin tabeliyindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov mayın 9-da məhkəmə qarşısına çıxarılıb. Səbail Rayon Məhkəməsində onların istintaq dövründə həbsdə saxlanması üçün verilən təqdimata baxılıb. Hakim Şahin Abdullayev təqdimatı təmin edib və adları çəkilən hər iki şəxs barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Meydan TV-nin əldə etdiyi məlumata görə, həm R.Bayramov, həm də Z.Sultanov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb.
Cinayət Məcəlləsinin 179.3.2 maddəsində 5 ildən 10 ilə qədər, 308.2 maddəsində isə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Nazir müavini və xidmət rəisi mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Onların işi üzrə istintaq DTX-nın istintaq idarəsində aparılıb. Bu məmurlar da, onlardan öncə həbs edilən sabiq icra başçıları da DTX-nın istintaq təcridxanasında saxlanılır.
Prezident İlham Əliyev nazir müavini R.Bayramov və xidmət rəisi Z.Sultanovun həbsindən sonra onların vəzifələrindən azad edilməsi haqda mayın 9-da sərəncamlar imzalayıb.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019