Şəhid ailələrinin "qan pulu" düyünü

Bizimlə birgə Neftçaladakı şəhid ailələrinin evinə rayon polis şöbəsinin işçiləri, bələdiyyə sədri, icra nümayəndəsi də çatdı. Onlar şəhid ailələrinin hansı şəraitdə yaşadığının çəkilməsini istəmirdilər. Uzun çək-çevirdən sonra əraziyə yığışan səlahiyyətlilər çıxıb getdilər. Şəhid ailələri qəzalı evlərdə necə yaşadıqlarından, onlara çatmalı olan 11 min manatı ala bilmədiklərindən və güzəranlarından danışdılar.

Onlar bir aydan çoxdur Milli Məclis, Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirirlər. Şəhid ailələri ölkə başçısı İlham Əliyevin 19 apreldə verdiyi fərmana əsasən 11 min manat müavinəti almaq istəyirlər. Amma rəsmi qurumlardan onlara deyilir ki, şəhid üçün ayrılan sığorta pulunu onlar 90-cı illərin əvvəllərində alıblar. Şikayətçilər isə bildirirlər ki, bu pulu almayıblar və almaları ilə bağlı rəsmi qurumlar onlara heç bir sənəd təqdim edə bilmir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/f5x5ku

Most Viewed