Dəmirçi: Silahı adamın ölçüsünə uyğun düzəldirəm

Ağahüseyn usta həyətinin bir hissəsində özü üçün kiçik bir emalatxana düzəldib

Ağahüseyn usta həyətinin bir hissəsində özü üçün kiçik bir emalatxana düzəldib

Ağahüseyn Hüseynov Şamaxının Dəmirçi kəndinin tanınan dəmirçilərindəndir. Ağahüseyn usta Xarkov Universitetinin rabitə və informasiya fakültəsini bitirib. Dəmirçiliyi isə atasından öyrənib. Artıq 50 ildir ki, o, dəmirçiliklə məşğuldur. Daha çox yerlilər üçün məişət və təsərrüfat alətləri düzəldən usta bəzən suvenir silah sifarişi də alır. Ağahüseyn usta deyir ki, kiməsə suvenir silah düzəldərkən mütləq həmin adamın bədən ölçülərini nəzərə alır:

"Qılınc gərək sahibinə uyğun olsun. Mən arıq adama özü boyda qılınc düzəltsəm, xalçanın üstündə qılıncı görən deməz ki, bunu ora neçə nəfər asıb?!"

Emalatxanasındakı hazır alətləri göstərən usta bu alətləri düzəltmək üçün bəzən gündə 12 saat işləməli olduğunu deyir. Ancaq bu vaxtın heç də hamısı fiziki əməkdən ibarət deyil: "Görəndə ki, yorulmuşam, özümə istirahət verirəm. İstirahət də nədir? Bəzək işlərilə məşğul olmaq. Məsələn, balta düzəldirəmsə, oturub baltanın ağzının düzlüyünü yoxlayacam. Lazımdırsa, bir az itiləyəcəm". 

Ağahüseyn usta Şamaxıya gələn turistlərlə də ünsiyyətdə olur. Onun sözlərinə görə, turistləri cəlb etmək çətin məsələ deyil. Çətin olan, onların qarşısına çıxaradacaq malın olmasıdır. Bunun üçün gərək sənətkara şərait yaradılsın ki, o da öz növbəsində işinin keyfiyyətini artırsın: "Bax, əgər mənim qazım, işığım havayı olsa, mən daha həvəslə işləyərəm, bazara da çox mal çıxardaram. Turist də gələndə həm mənə, həm onu gətirənə, həm də evində onu qəbul edənə xeyir verər. Qiymət baha olanda isə, heç kim gəlmək istəməz".

Şamaxının Dəmirçi kəndinə gedən yol

Şamaxının Dəmirçi kəndinə gedən yol

Dağların əhatəsində yerləşən Dəmirçi kəndinin ümumi görünüşü

Dağların əhatəsində yerləşən Dəmirçi kəndinin ümumi görünüşü

Ağahüseyn usta həyətinin bir hissəsində özü üçün kiçik bir emalatxana düzəldib

Ağahüseyn usta həyətinin bir hissəsində özü üçün kiçik bir emalatxana düzəldib

Daha çox yerlilər üçün məişət və təsərrüfat alətləri düzəldən usta bəzən suvenir silah sifarişi də alır

Daha çox yerlilər üçün məişət və təsərrüfat alətləri düzəldən usta bəzən suvenir silah sifarişi də alır

Ağahüseyn ustanın müxtəlif yerlərdən topladığı dəmir parçalar

Ağahüseyn ustanın müxtəlif yerlərdən topladığı dəmir parçalar

Ağahüseyn usta deyir: Yorulanda balta, bıçaq itiləyirəm ki, vaxtım hədər yerə getməsin

Ağahüseyn usta deyir: Yorulanda balta, bıçaq itiləyirəm ki, vaxtım hədər yerə getməsin

Emalatxanasındakı hazır alətləri göstərən usta bu alətləri düzəltmək üçün bəzən gündə 12 saat işləməli olduğunu deyir

Emalatxanasındakı hazır alətləri göstərən usta bu alətləri düzəltmək üçün bəzən gündə 12 saat işləməli olduğunu deyir

Ağahüseyn ustanın yanına gəlmiş xarici qonaqlarla foto şəkili

Ağahüseyn ustanın yanına gəlmiş xarici qonaqlarla foto şəkili

Fransadan gəlmiş qonaq Hüseyn usta üçün ürək sözlərini yazıb

Fransadan gəlmiş qonaq Hüseyn usta üçün ürək sözlərini yazıb

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/q0m0oz

Most Viewed