Dəmirçi: Silahı adamın ölçüsünə uyğun düzəldirəm

Ağahüseyn Hüseynov Şamaxının Dəmirçi kəndinin tanınan dəmirçilərindəndir.

Source:
Ağahüseyn usta həyətinin bir hissəsində özü üçün kiçik bir emalatxana düzəldib
Ağahüseyn usta həyətinin bir hissəsində özü üçün kiçik bir emalatxana düzəldib

Ağahüseyn Hüseynov Şamaxının Dəmirçi kəndinin tanınan dəmirçilərindəndir. Ağahüseyn usta Xarkov Universitetinin rabitə və informasiya fakültəsini bitirib. Dəmirçiliyi isə atasından öyrənib. Artıq 50 ildir ki, o, dəmirçiliklə məşğuldur. Daha çox yerlilər üçün məişət və təsərrüfat alətləri düzəldən usta bəzən suvenir silah sifarişi də alır. Ağahüseyn usta deyir ki, kiməsə suvenir silah düzəldərkən mütləq həmin adamın bədən ölçülərini nəzərə alır:

“Qılınc gərək sahibinə uyğun olsun. Mən arıq adama özü boyda qılınc düzəltsəm, xalçanın üstündə qılıncı görən deməz ki, bunu ora neçə nəfər asıb?!”

Emalatxanasındakı hazır alətləri göstərən usta bu alətləri düzəltmək üçün bəzən gündə 12 saat işləməli olduğunu deyir. Ancaq bu vaxtın heç də hamısı fiziki əməkdən ibarət deyil: “Görəndə ki, yorulmuşam, özümə istirahət verirəm. İstirahət də nədir? Bəzək işlərilə məşğul olmaq. Məsələn, balta düzəldirəmsə, oturub baltanın ağzının düzlüyünü yoxlayacam. Lazımdırsa, bir az itiləyəcəm”.

Ağahüseyn usta Şamaxıya gələn turistlərlə də ünsiyyətdə olur. Onun sözlərinə görə, turistləri cəlb etmək çətin məsələ deyil. Çətin olan, onların qarşısına çıxaradacaq malın olmasıdır. Bunun üçün gərək sənətkara şərait yaradılsın ki, o da öz növbəsində işinin keyfiyyətini artırsın: “Bax, əgər mənim qazım, işığım havayı olsa, mən daha həvəslə işləyərəm, bazara da çox mal çıxardaram. Turist də gələndə həm mənə, həm onu gətirənə, həm də evində onu qəbul edənə xeyir verər. Qiymət baha olanda isə, heç kim gəlmək istəməz”.

Şamaxının Dəmirçi kəndinə gedən yol
Şamaxının Dəmirçi kəndinə gedən yol
Dağların əhatəsində yerləşən Dəmirçi kəndinin ümumi görünüşü
Dağların əhatəsində yerləşən Dəmirçi kəndinin ümumi görünüşü
Ağahüseyn usta həyətinin bir hissəsində özü üçün kiçik bir emalatxana düzəldib
Ağahüseyn usta həyətinin bir hissəsində özü üçün kiçik bir emalatxana düzəldib
Daha çox yerlilər üçün məişət və təsərrüfat alətləri düzəldən usta bəzən suvenir silah sifarişi də alır
Daha çox yerlilər üçün məişət və təsərrüfat alətləri düzəldən usta bəzən suvenir silah sifarişi də alır
Ağahüseyn ustanın müxtəlif yerlərdən topladığı dəmir parçalar
Ağahüseyn ustanın müxtəlif yerlərdən topladığı dəmir parçalar
Ağahüseyn usta deyir: Yorulanda balta, bıçaq itiləyirəm ki, vaxtım hədər yerə getməsin
Ağahüseyn usta deyir: Yorulanda balta, bıçaq itiləyirəm ki, vaxtım hədər yerə getməsin
Emalatxanasındakı hazır alətləri göstərən usta bu alətləri düzəltmək üçün bəzən gündə 12 saat işləməli olduğunu deyir
Emalatxanasındakı hazır alətləri göstərən usta bu alətləri düzəltmək üçün bəzən gündə 12 saat işləməli olduğunu deyir
Ağahüseyn ustanın yanına gəlmiş xarici qonaqlarla foto şəkili
Ağahüseyn ustanın yanına gəlmiş xarici qonaqlarla foto şəkili
Fransadan gəlmiş qonaq Hüseyn usta üçün ürək sözlərini yazıb
Fransadan gəlmiş qonaq Hüseyn usta üçün ürək sözlərini yazıb
Ana səhifəFotoreportajDəmirçi: Silahı adamın ölçüsünə uyğun düzəldirəm