Zorlanma hadisəsinə görə aksiya keçirilib (VİDEO)

Martın 22-də Tovuzda baş verən zorlanma hadisəsi ilə bağlı bu gün  rayonun bir qrup sakini Bakı Şəhər Prokurorluğu qarşısında aksiya keçiriblər. İştirakçılar istintaqın düzgün aparılmadığını söyləyirlər. Aksiyada iştirak edən Elməddin Niyazovun anası oğluna qarşı olan iddiaları əsassız adlandırır. O deyir ki,  heç bir fakt, ekspertiza rəyi  olmadan oğlunun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Elməddin Niyazov hazırda Gəncə həbsxanasında saxlanılır.

Elməddin Niyazovun anası bildirir ki,  zərərçəkən qızın atası Kamal Nəsibov deyib ki, oğlanlarınızın ömürlük həbs cəzası almasına nail olacam.

Tovuz rayon Polis Şöbəsində hadisə ilə bağlı cinayət işi başlanılıb.  Kamal Məmmədov, Elməddin Niyazov, Mürsəl Kərimov Cinayət Məcəlləsinin seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunurlar.  30 martda onların  barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu maddəyə əsasən onları  üç ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ana səhifəVideoZorlanma hadisəsinə görə aksiya keçirilib (VİDEO)