Mənbə: Meydan TV

Zabrat sakini: "Biz xəstəlikdən yox, aclıqdan öləcəyik"

Zabrat sakini: "Biz xəstəlikdən yox, aclıqdan öləcəyik"

İllərdir Zabratın Tramvay küçəsində qəzalı binadan köçürülmə arzusu ilə yaşayan vətəndaşlar indi burada ac qalmamaq barədə düşünürlər. Bakıdan 12 km uzaqlıqda işsiz, pulsuz qalan 11 ailə dövlətdən yardım gözləyir.

“Milləti pis vəziyyətə qoyublar, heç bir köməklik də yoxdur. Özüm də ayda 500 manat kredit ödəyən adamam. Nə bankı dayandırır, nə də ki, millətin qayğısına qalır. Dövlətdən bugünədək 1 manat yardım almamışam. Vətəndaşın heç bir dərdinə yanmırlar”.

Bina sakinləri əsasən muzdlu əməklə çalışan insanlardır. Karantin rejimi elan olunduqdan bəri qazancsız qalıblar. Onlar 190 manatlıq sosial yardım üçün də müraciət ediblər, amma...

“Yoldaşım fəhlə bazarına çıxırdı, 1 aydır ki, oradan da qovublar. Göydəki Allah haqqı biz yeməyə çörək tapmırıq. Böyüklərə deyin, bizə yardım eləsinlər. 190 manat pul ayrılıb, onu ala bilməmişik. Nə hə cavabı verirlər, nə yox…”

Dövlət tərəfindən karantin dövründə işsiz 200 min nəfərə 190 manatlıq maddi yardım ediləcəyini açıqlanmışdı. Ölkə başçısı İlham Əliyev nazirlərlə birgə keçirilən iclasda bu yardımın 600 min nəfərə şamil ediləcəyini bildirib. Maddi yardım üçün müraciət edənlər onlara cavab gələcək günü gözləyirlər.

“Dövlətdən istəyimiz odur ki, bizə yardım eləsin. “Karantin rejimidir” deyib bizi salıblar evə. Son pulumuzu verib kontur alırıq, 142-ə zəng vururuq. Onlar da telefonu götürüb cavab vermədən dəstəyi atırlar yerə“.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ocmrm5

Ən çox baxılan