Xədicə İsmayıl hakimə:”Dövlət vəsaitlərinə qənaət etmirsiniz” (VİDEO)

“263, 264-cü kameralarda yetkinlik yaşına çatmayanları karsa salıblar. Bu, qanunsuzdur”  yazılan kağızı araşdırmaçı jurnalist Xədicə İsmayıl 19 noyabrda keçirilən məhkəməsində qaldırıb. Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesdə hakim jurnalistin vəkillərinin prosesə qatılmadığına görə məhkəməni 25 noyabra qədər təxirə salıb.

 Jurnalist Xədicə İsmayıl hakimə iradını bildirib: “Vəkillərim sizə və mənə narahatlıq yaratmamaq üçün əvvəlcədən müraciət etmişdilər. Amma görünür nədənsə, siz belə istəmisiniz. Dövlət vəsaitlərinə qənaət etmirsiniz”.

Ana səhifəVideoXədicə İsmayıl hakimə:”Dövlət vəsaitlərinə qənaət etmirsiniz” (VİDEO)