Xədicə İsmayıl barədə məhkəmə qərarı qüvvədə qaldı (VİDEO)

Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinovun sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsinə dair birinci instansiya məhkəməsinin qərarından şikayətə baxılıb.

Proses qapalı keçirilib. Vəkil Elton Quliyev deyib ki, məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Dekabrın 5-də Səbail rayon məhkəməsi Xədicə İsmayılı 2 aylıq həbs qərarı çıxarıb.

Jurnalist cinayət məcəlləsinin 125-ci – özünü öldürmə həddinə çatdırma maddəsi üzrə təqsirləndirilir.

Ana səhifəVideoXədicə İsmayıl barədə məhkəmə qərarı qüvvədə qaldı (VİDEO)