”Vaxt geriyə hərəkət edəcək” (VİDEO)

Gələn il Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək. Oyunlara dəqiq neçə gün, neçə saat qaldığını bilmək istəyənlər bundan sonra bulvara üz tuta bilər. Çünki ayın 12-də Milli Parkda həm saat quraşdırılacaq, həm də bu münasibətlə konsert olacaq. Quraşdırılan saatda vaxt tərsinə hərəkət edəcək.

Bu barədə məlumatı Dənizkənarı Bulvar İdarəsi rəisinin müavini Nazim Məcidov məlumat verib. Onun sözlərinə görə, bulvarda Formula 1 və İslam Həmrəyliyi Oyunları ilə bağlı keçirilən tədbirlərdən başqa heç bir konsert proqramı olmayacaq: “Artıq bir həftədir ki, quruculuq işləri gedir və cəmi 1 gün – may ayının 12-i şou proqram olacaq. Proqram qurtardıqdan sonra 2-3 gün ərzində qurğular yığışdırılacaq”.
Meydan TV  keçiriləcək konsert proqramı ilə  bağlı sakinlərin  fikirlərini öyrənib.

Kanalımıza abunə yazıl:

https://goo.gl/TcM9Fm

Ana səhifəVideo”Vaxt geriyə hərəkət edəcək” (VİDEO)