Türkiyəli iş adamı: Prokurorluq niyə susur?

Türkiyənin “Emre Piliç” şirkətinin rəhbəri Ömür Oral azərbaycanlı iş adamının ona 1 milyon 300 min dollar borcu olduğunu deyir. Onun sözlərinə görə, şirkəti 2013-cü ildən “Siyəzən Broyler”ə damazlıq yumurta satır.  Həmin yumurtaların pullarını “Siyəzən Broyler” “Xəmsə M” şirkətinin rəhbəri Mürvət Həsənliyə ödəyib.

Mürvət Həsənli isə “Emre Piliç” şirkətinə 3,8 milyon ödəməli olduğu halda, məbləğin yalnız 2,1 milyonunu şirkətə nəğd şəkildə göndərib. Ömür Oral bunun səbəbini soruşanda Mürvət Həsənli belə cavab verib.

Ömür Oralın vəkili Aslan İsmayılov deyir ki, işi məhkəməyə göndərdikdən sonra deputat, Milli Onkologiya Mərkəzinin direktor müavini  Kəmaləddin Qafarov nümayəndə qismində onunla əlaqə saxlayıb. Deputat bildirib ki, Mürvət Həsənliyə 3,8 milyon pul tamamilə ödənilib. Vəkil ona prokurorluğa müraciət etməsini deyib.

Bundan sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsində üzləşmə olub. Mürvət Həsənli pulu 2016-cı ilin dekabrın sonuna kimi ödəyəcinə dair müqavilə imzalayıb.

Vəkil Aslan İsmayılov deyir ki, Mürvət Həsənlinin başqa adamlar himayə edir. O həbs təhlükəsinin olduğunu da bildirir.

Ana səhifəVideoTürkiyəli iş adamı: Prokurorluq niyə susur?