Türkiyədə yaşayan azərbaycanlılar İstanbuldakı konsulluqdan narazılıq edirlər

İbad Qasımov bir ay əvvəl konsulluqda yardım üçün növbəyə dayandığını qeyd edərək vurğulayıb ki, zənglərinə cavab verilmir.

Source: Specify Source


“Yardım etmirlər, zənglərə cavab vermirlər”

Türkiyə-Azərbaycan sərhədlərinin müvəqqəti bağlanması qonşu ölkədə işləyən, təhsil alan azərbaycanlılar problemlər yaşayır. Türkiyədə karantin səbəbindən iş yerlərinin bağlı olduğunu bildirən azərbaycanlılar Azərbaycan səfirliyinə və konsulluğuna müraciət etdiklərini, ancaq cavab ala bilmədiklərini deyirlər. Konkret olaraq, İbad Qasımov və İsrafil Cəbrayılov bir aydır Türkiyədə işsiz vəziyyətdədir və onlar Azərbaycanın İstanbuldakı konsulluğundan yardım ala bilmədiklərini söyləyirlər.

Bu barədə adları çəkilən şəxslər özləri Meydan TV-yə danışıblar.

İ.Cəbrayılov bir illik turistlik oturum izni aldığını, COVİD-19 infeksiyası yayıldığından işlərinin dayandığını bildirib.

“Hazırda pullarım bitmək üzrədir və kirayə qaldığım mənzilin haqqını ödəmə zamanı yetişib. Mən Azərbaycanın İstanbuldakı Konsulluğuna yardım üçün getdim. Amma mühafizəçi içəri buraxmadı. Qarşılaşdığım durumu bildirdim. Dedim ki, kirayə haqqını verə bilməsək infeksiyanın yayıldığı indiki təhlükəli vəziyyətdə çöldə qalmalı olacam. Heç olmasa qida və kirayə haqqının ödənməsində konsulluq kömək etsin. Ancaq cavab almadım”, – İsrafil Cbrayılov deyib.

İbad Qasımov bir ay əvvəl konsulluqda yardım üçün növbəyə dayandığını qeyd edərək vurğulayıb ki, zənglərinə cavab verilmir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Türkiyədə təxminən 10 mindən çox Azərbaycan vətəndaşının işlədiyini, oxuduğunu xatırladaraq bildirib ki, səfirliyə ünvanlanan bütün müraciətlər yoxlanılır, araşdırılır.

“Ev kirayəsi haqqında müraciət edən varsa, kirayə verən şəxslə əlaqə saxlanılır. Qeyri-dəqiq məlumat verənlər, sui-istifadə edənlər də olur. O baxımdan müraciətlərin araşdırılması zaman tələb edir. Ona görə də mərhələli şəkildə yardımların çatacağı şübhəsizdir”, – Leyla Abdullayeva deyib.

Ana səhifəSosialTürkiyədə yaşayan azərbaycanlılar İstanbuldakı konsulluqdan narazılıq edirlər