Balakən rayonunun mərkəzinə gedən yolun sol kənarında vaxtilə xəstəxana olmuş bina var. İllər öncə tərk edilmiş binanın fasadlarından asılı qalmış mozaika tipli fiqurlar və bəzəklər Sovet dövrünün arxitekturası olduğunu nəzərə çarpdırır. Ətrafında nə qədər yeni binalar, mərkəzlər və mağazalar tikilsə də, bu binaya toxunan yoxdur. Binanın iç divarlarındakı yazılar, zibilə dönmüş dərman preparatları, qutular, tibbi vasitələr Çernobl şəhərinin qəzadan sonrakı halını xatırladır. Buranın necə bir yer olduğunu anlamaq üçün fotoları izləmək yetəcək.
Bu yazı 5 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 28 Aprel 2019 15:08
Son dəyişiklik: 29 Oktyabr 2021 16:31
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-terk-edilmis-xestexana-binasi.html
Ana səhifə ▸ Fotoreportaj ▸